Vasif Adıgözəlovun 80 illik yubileyi keçiriləcək

Mədəniyyət Xəbər 9 İyul 2015 17:55 (UTC +04:00)
2015-ci ilin 25-31 oktyabr tarixlərində görkəmli Azərbaycan bəstəkarı, xalq artisti, Dövlət mükafatı laureatı, professor Vasif Adıgözəlovun 80 illik yubileyi qeyd olunacaq.
Vasif Adıgözəlovun 80 illik yubileyi keçiriləcək

Azərbaycan, Bakı, 9 iyul /Trend/

2015-ci ilin 25-31 oktyabr tarixlərində görkəmli Azərbaycan bəstəkarı, xalq artisti, Dövlət mükafatı laureatı, professor Vasif Adıgözəlovun 80 illik yubileyi qeyd olunacaq.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, yubiley tədbiri Prezident İlham Əliyevin "Vasif Adıgözəlovun 80 illik yubileyinin keçirilməsi haqqında" imzaladığı sərəncama əsasən nazirlik tərəfindən keçiriləcək.

Tədbirlər planına uyğun olaraq il ərzində teatr-konsert müəssisələrində, musiqi məktəblərində, yaradıcılıq ittifaqlarında və digər mədəniyyət ocaqlarında V.Adıgözəlovun 80 illiyinə həsr olunan konsertlərin və tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti