...

Məhəmməd Peyğəmbərin həyatından bəhs edən kitab nəşr olunub

Mədəniyyət Materials 16 Oktyabr 2015 15:01 (UTC +04:00)
Məhəmməd Peyğəmbərin həyatından bəhs edən kitab işıq üzü görüb.
Məhəmməd Peyğəmbərin həyatından bəhs edən kitab nəşr olunub

Azərbaycan, Bakı, 16 oktyabr /Trend/

Məhəmməd Peyğəmbərin həyatından bəhs edən kitab işıq üzü görüb.

Trend-in məlumatına görə, İbn Hişamın müəllifi olduğu "Muhəmməd Peyğəmbərin həyatı (s)" adlı kitabı ərəbcədən Azərbaycan dilinə Elmira Qafarova tərcümə edib.

Oxuculara təqdim edilən kitab Muhəmməd Peyğəmbərin həyatı haqqında ən etibarlı mənbədən tərcümə edilib. Kitab Elmira Qafarovanın tərcüməsində 4 cilddə təqdim ediləcək.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Əli Həsənovun rəyi əsasında işıq üzü görən kitab Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin DK 544/0 saylı 16 iyul 2015-ci il tarixli razılıq məktubu ilə çap edilib. Kitaba ön sözü AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor, millət vəkili Gövhər Baxşəliyeva yazıb.

Oxuculara təqdim edilən bu əsər əhəmiyyət dərəcəsinə görə, "Qurani-Kərim" və hədislərdən sonra İslam elminin üçüncü ən etibarlı qaynağı hesab edilir.

Kitab sadəcə ərəb dilindən doğma türkcəmizə tərcümə deyil. Bu, hər sətri müqəddəs İslam dinimizə, onun fəzilətlərinə, müqəddəs Peyğəmbərimizə, onun əhli beytinə, bütün müsəlman aləminə sonsuz sevgi ilə hazırlanmış mükəmməl bir nəşrdir. 4 cilddən ibarət kitabın birinci cildi artıq satışdadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti