...

Bakıda Məhərrəm ayı münasibətilə "Ələmdar" simfonik poeması səsləndiriləcək

Mədəniyyət Materials 19 Oktyabr 2015 17:04 (UTC +04:00)
Məhərrəm ayı münasibətilə Azərbaycan Dövlət Filarmoniyasında iranlı musiqiçi Purya Xadimin “Ələmdar” adlı simfonik poeması səsləndiriləcək.
Bakıda Məhərrəm ayı münasibətilə "Ələmdar" simfonik poeması səsləndiriləcək

Azərbaycan, Bakı, 19 oktyabr /Trend müxbir Təmkin Cəfərov/

Məhərrəm ayı münasibətilə Azərbaycan Dövlət Filarmoniyasında iranlı musiqiçi Purya Xadimin "Ələmdar" adlı simfonik poeması səsləndiriləcək. Bunu Trend-ə İranın Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin rəhbəri Seyid İbrahim İbrahimi deyib.

İ.İbrahimi bildirib ki, oktyabrın 25-də Azərbaycan Dövlət Filarmoniyası simfonik orkestrinin dirijoru, professor Rauf Abdullayevin rəhbərliyi ilə "Ələmdar" simfonik poeması səsləndiriləcək: "Simponik poema ilk dəfədir ki, mərsiyə janrında ifa olunur. Azərbaycan orkestri və 60 nəfərlik xor heyəti bu poemanı ifa edəcək".

Onun sözlərinə görə, simfonik poema Kərbəla şəhidləri və həzrət Əbəlfəzl Abbasın (ə) xatirəsinə həsr olunub.

İ.İbrahimi deyib ki, bir gün təşkil olunacaq simfonik poemaya Azərbaycanda fəaliyyət göstərən müsəlman ölkələrinin diplomatik korpus rəhbərləri, ziyalılar, şairlər, incəsənət xadimləri və jurnalistlər dəvət olunublar.

Qeyd edək ki, simfonik poema Azərbaycan Dövlət Filarmoniyası və İranın Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin dəstəyi ilə təşkil olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti