...

Opera və Balet Teatrında orkestr daha yaxşı səslənəcək

Mədəniyyət Materials 25 Noyabr 2015 18:12 (UTC +04:00)
Azərbaycan Dövlət Opera və Balet Teatrının simfonik orkestri üçün yeni musiqi alətləri alınıb.
Opera və Balet Teatrında orkestr daha yaxşı səslənəcək

Bakı. Trend:

Azərbaycan Dövlət Opera və Balet Teatrının simfonik orkestri üçün yeni musiqi alətləri alınıb.

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycan Dövlət Opera və Balet Teatrının simfonik orkestri üçün yeni nəfəs, zərb və simli musiqi alətləri alınaraq teatra təhvil verilib.

Trend nazirliyə istinadən məlumat verir ki, Avropanın aparıcı musiqi firmalarının ("Mönnig", "Shreiber", "Karl Höfner", "Gewa" (Almaniya), "Selmer" (Fransa), "Tomastic" (Avstriya) istehsalı olan bu alətlərdə ifa heç şübhəsiz ki, orkestrin daha yaxşı səslənməsinə səbəb olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti