...

“Abşeron” rəsm qalereyasında yeniyetmələrin əl işləri nümayiş olunur - FOTO

Mədəniyyət Materials 8 Dekabr 2015 12:59 (UTC +04:00)
Bakıda “Abşeron” rəsm qalereyasında yeniyetmə uşaqlar və gənclərin çəkdiyi əsərlərdən ibarət rəsm sərgisinin açılışı olub.
“Abşeron” rəsm qalereyasında yeniyetmələrin əl işləri nümayiş olunur - FOTO

Bakı. Elmir Murad - Trend:

Bakıda "Abşeron" rəsm qalereyasında yeniyetmə uşaqlar və gənclərin çəkdiyi əsərlərdən ibarət rəsm sərgisinin açılışı olub.

Trend xəbər verir ki, Gənclər və İdman Nazirliyinin təşkilatçıılğı baş tutan sərgi dekabrın 9-a kimi davam edəcək. Sərgidə 27 müəllifin 30 əsəri nümayiş etdirilir.

Sərgi barədə məlumat verən "Abşeron" rəsm qalereyasının direktoru Eldəniz İbrahimov bildirib ki, müəlliflər arasından 3 ən yaxşı əsərin qalibləri seçilib. E.İbrahimov sərginin məqsədindən danışaraq qeyd edib ki, qaliblər müxtəlif mükafatlarla təltif ediləcək: "10 dekabr tarixi dünyada beynəlxalq insan hüquqları günü kimi qeyd olunur. İnsan hüquqları günü Azərbaycanda da qeyd olunur. Sərgini gənclərin hüquqlarına həsr etmişik. Sərgi vasitəsi ilə məktəbli şagirdlərə və gənclərə öz hüquqları barədə məlumat verməyə çalışırıq. Artıq müxtlif nominasiyalar üzrə qaliblər məlumdur. Onlar Nərmin İsmayılzadə, Mələk Əhmədova və Məhəmməd İsmayılovdur".

"Abşeron" rəsm qalereyasının direktoru bu cür tədbirlərin vacibliyini vurğulayaraq gələcəkdə də belə sərgilərin keçirilməsini istisna etməyib. Daha sonra sərginin açılışı olub və əsərlərə baxış keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti