...

Komitə sədri: Radio və televiziyalar mədəniyyət proqramlarını ticarət maraqlarına uyğun şəkildə qurur

Mədəniyyət Materials 11 Dekabr 2015 13:45 (UTC +04:00)
Azərbaycanda KİV-lərdə mədəniyyətlə bağlı proqram siyasəti koordinasiya edilməlidir.
Komitə sədri: Radio və televiziyalar mədəniyyət proqramlarını ticarət maraqlarına uyğun şəkildə qurur

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda KİV-lərdə mədəniyyətlə bağlı proqram siyasəti koordinasiya edilməlidir.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov komitənin bu gün keçirilən iclasında bildirib.

Onun sözlərinə görə, Azərbaycanda çox sayda radio və televiziyalar var: "Onların hər biri mədəniyyətlə bağlı proqramları, musiqi, ayrı-ayrı şou proqramlarını öz zövqünə, səviyyəsinə, ticarət maraqlarına uyğun şəkildə qurur. Amma burada təbii ki, onların kommersiya fəaliyyəti ilə məşğul olması da nəzərə alınmalıdır. Bunlar da olsun, amma əvvəlcə milli maraqlar nəzərə alınmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti