...

"Toska" operası azərbaycanlı, türk və belaruslu vokalçıların ifasında

Mədəniyyət Materials 16 Fevral 2016 17:52 (UTC +04:00)
Dirijor Azərbaycanın xalq artisti, Dövlət mükafatı laureatı, professor Rauf Abdullayevdir.
"Toska" operası azərbaycanlı, türk və belaruslu vokalçıların ifasında

Bakı. Trend:

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı xaricdən tanınmış opera və balet sənəti ulduzlarının dəvət olunması və onların bizim sənətçilərlə birgə çıxışlarının təşkili istiqamətində uğurlu qastrol fəaliyyətini davam etdirir.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, Opera və Balet Teatrının növbəti qonaqları qardaş Türkiyənin "qızıl səsli sopranosu" Deniz Yetim (Toska) və Belarusun əməkdar artisti Vladimir Qromov (Skarpia) olacaq. Onlar fevralın 27-də keçiriləcək C.Puççininin "Toska" operasının tamaşasında iştirak etmək üçün Teatrın rəhbərliyi tərəfindən dəvət olunub.

D.Yetim İstanbul Opera və Balet Teatrının aparıcı solistidir. Bir sıra beynəlxalq müsabiqələrin qalibi olan Deniz Bakıda keçirilən Vokalçıların Bülbül adına VI beynəlxalq müsabiqəsinin Qran-Pri mükafatına layiq görülüb. Dünyanın bir çox ölkələrində ən mötəbər teatr və konsert səhnələrində çıxış edən D.Yetimin ifası artıq bakılı sənətsevərlərə tanışdlr. 2014-cü və 2015-ci illərdə onun operamızın səhnəsindəki parlaq çıxışlarını tamaşaçılar yaxşı xatırlayırlar.

"Toska" operasının tamaşasında Azərbaycan Opera və Balet Teatrının ən istedadlı solistləri - əməkdar artistlər Fərid Əliyev (Kavaradossi), Əkrəm Poladov (Cəllad), Cahangir Qurbanov (Anjelotti) və Azərbaycanın xalq artisti Əli Əsgərov çıxış edəcəklər.

Dirijor Azərbaycanın xalq artisti, Dövlət mükafatı laureatı, professor Rauf Abdullayevdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti