...

Bakıda “Misir tanrıları” və...

Mədəniyyət Materials 27 Fevral 2016 13:56 (UTC +04:00)
Fevralın 25-dən Nizami Kino Mərkəzində 3D formatında “Lələkli dəstə” animasiya filminin, “Dedemin fişi” komediyasının, “Misir tanrıları” və “Qapının o biri üzü” bədii filmlərinin nümayişi başlanıb.
Bakıda “Misir tanrıları” və...

Bakı. Trend:

Fevralın 25-dən Nizami Kino Mərkəzində 3D formatında "Lələkli dəstə" animasiya filminin, "Dedemin fişi" komediyasının, "Misir tanrıları" və "Qapının o biri üzü" bədii filmlərinin nümayişi başlanıb.

Meksika və Amerika istehsalı olan "Lələkli dəstə" cizgi filmini rejissorlar Rikardo Arnaiz və Mayk Kunkel ailəvi komediya, döyüş və macəra janrında 3 d formatında çəkiblər.

Hər bir yeniyetmə kimi, böyüklərin darıxdırıcı tapşırıqlarını yerinə yetirmək əvəzinə, Kuko özünə maraqlı məşquliyyətlər axtarır. Məsələn o, teleqəhrəman super-lələkli El-Amerikanoya pərəstiş etməkdən həzz alır!

Günlərin birində, cinayətkar lələkli dəstə Kukonun atasından ailəyə məxsus sirk arenasını almaq niyyətinə düşür. El-Amerikanonun köməyi olmadan bu işin həllini mümkünsüz görən Kuko, onu tapmaq üçün təhlükəylə dolu yolçuluğa çıxır. Çətinliklərdən keçən Kuko yolun sonuna öz daxilində olan superqəhrəmanı kəşf edir.

Filmdə rolları Edvard Ceyms Olmos, Riko Rodriges, Çiç Marin, Keyt del Kastilio, Aleks Sintek, Erık Estrada, Pter Andjelo, Don Çeto, Mino D Blanc, Rikardo Sançes və başqa aktyorlar canlandırıb.

Hindistan və Böyük Britaniyanın istehsalı olan "Qapının o biri üzü" filminin rejissoru və ssenari müəllifi Yohannes Robertsdir.

Xaricdə yaşayan gənc və mehriban ailənin həyatı oğullarının faciəvi ölümündən sonra dəyişir. Sakitlik tapmayan ana, ölünü yaxınlarına vida etmək üçün dirildən qədim bir ritualın oldüğünü öyrənir. Gənc qadın ölülər və dirilər arasında bir hədd olan qapını tapmaq üçün atılmış məbədə yollanır. Amma qapını açmamaq xəbərdarlığına əməl etmir. İndi heç kim bilmir, həyat və ölüm arasında olan balans pozulduqdan sonra dünyanı nə gözləyir...

Filmdəki rolları Con Krasinski, Ceyms Bec Deyl, Pablo Şrayber, Devid Denman, Dominik Fumusa, Maks Martini, Aleksiya Balyer, Devid Kostabayl, Peyman Moaadi, Mett Letçer və digər aktyorlar ifa ediblər.

"Dedemin fişi" adlı növbəti türk komediyasının rejissoru Meltem Bozoflu, ssenari müəllifi Yılmaz Erdoğandır.

Türkiyədə çox populyar olan "Güldür Güldür" şounun aktyor qrupu BKM prodakşnın çəkdiyi "Dedemin fişi" filmində rol alıb.

Film Malatyalı Çirci ailəsinin mirasla bağlı məcaralarından bəhs edir.

Filmdəki obrazları aktyorlar Ali Sunal, Alper Kul, Özge Borak, Erdem Yener, Doğa Rutkay, Onur Buldu, İrem Sak, Onur Atilla, Uğur Bilgin, A yşen Gruda və başqaları canlandırıb.

Amerika və Avstraliya istehsalı olan "Misir tanrıları" filminin rejissoru Aleks Proyas, ssenari müəllifi Mett Sazamadır.

Nə vaxtsa çiçəklənən Misir səltənəti xaos burulğanına düşür: qəddar qaranlıq tanrısı Set qardaşı Osirisi öldürərək taxtı tacı ələ keçirir. Gözlənilmədən, sıradan olan gənc və bacarıqlı ogru ona qarşı çıxır. Sevgilisini həyata qaytarmaq üçün o, qüdrəti və intiqam hissi olan Qora tanrısından dəstək istəyir. Ancaq həyatda olan ən qiymətlilərini qurban verib, sınaqlara davam gətirəndən sonra onlar dünyanın hər iki üzündə Setə və onun əlaltılarına qalib gəlirlər.

Filmdəki rolları Cerard Batler, Nikolay Koster -Valdau, Elodi Yunq, Ebbi Li, Kortni İton, Brenton Tueyts, Ceffri Raş, Rufus Suell, Çedviq Bouzman, Emma But və digər aktyorlar ifa ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti