...

Türkiyə səfirliyi Azərbaycanda bayram festivalı keçirəcək

Mədəniyyət Materials 18 Mart 2016 17:21 (UTC +04:00)
Türkiyə səfirliyi Azərbaycanda bayram festivalı keçirəcək.
Türkiyə səfirliyi Azərbaycanda bayram festivalı keçirəcək

Bakı. Trend:

Türkiyə səfirliyi Azərbaycanda bayram festivalı keçirəcək.

Səfirlikdən Trend-ə verilən məlumata görə, Novruz bayramı münasibətilə Türkiyə səfirliyinin Kültür və Tanıtma Müşavirliyi, Yunus Əmrə Vəqfinin Bakı təmsilçiliyi və TİKA Azərbaycanın müxətlif bölgələrində açıq hava konsertlərinə start verir.

19 mart, saat 11:00 - Gəncə (Xalqa açıq konsert)
19 mart, saat 17:00 - Tovuz (Xalqa açıq konsert)
20 mart, saat 19:00 - Şəki (Şəki Dövlət Dram Teatrı)
21 mart, saat 19:00 - Bakı (Heydər Əliyev Sarayı)
22 mart, saat 18:00 - Naxçıvan (Mömünə Xatun Türbəsi/Xalqa açıq konsert)

"Türkiyə Respublikası azərbaycanlı qardaşlarının Novruz bayramını təbrik edir" şüarlı Novruz festivalında Türk Xalq Rəqsləri ansamblı, əl sənəti ustalarının işlərinin nümayişi nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti