Bakı. Trend:
Bakı daha inamla özünü dəb dünyasında təsdiq edir. Martın əvvəlində Producer center of HAFIZ AGHAYEV, FMS Models by Lyubov Gurorova model agentliyi və beynalxalq telekenal ID Fashion bu ilin mayın 13-15 tarixində keçirilən Baku Fashion Week http://bfw.az layihəsində birləşdilər.
Mətbuat konfransında jurnalistlərin BFW -nin keçiriləcəyi yer haqqındaki sualına cavab olaraq, təşkilatçılar ilk növbədə bunun qeyri adi olacağını deyiblər. Dəb bayramının keçiriləcəyi yer barədə məlumatın sonra veriləcəyini, indi isə, sadəcə, xəbərləri izləmək deyildi.
Və budur bir neçə həftə sonra Baku Fashion Week keçiriləcəyi yer barədə məlumat verir - 2016-cı ildə dəb tədbiri Bakı Beynalxalq Dəniz Limanı ərazisində keçiriləcək. Hazırlıq zamanı FMS Models agentliyinin rəhbəri Baku Fashion Week üçün kasting elan etdi. Kasting 8 aprel Excelsior otel, Afurja zalında saat 15:00 - dan 18:00-dək keçiriləcək. Əlaqə nömrə: +99450 751 57 52. http://fms.az/women/
Ayrıca onu qeyd etmək lazımdır ki, bakı Moda Həftəsi. Dünya Dəb həftəsi təqviminə daxil olub və bununlada Azərbaycanı və paytaxti Bakını dünya dizaynerlərinə və dəb yeniliklərinə dəyər verənlərə dahada yaxın və tanınan edib. Bu birincisi, ikincisi isə, bu yolla yerli dizaynerlərimiz və modellərimiz tədricən dünya podiumlarina çıxaraq, Azərbaycan sərhədlərindən uzaqda da özlərinə diqqəti cəlb edəcəklər.
İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az və Azernews.az-dır.