...

“Milli Sərvətimizdir Muğam”...

Mədəniyyət Materials 1 Aprel 2016 14:27 (UTC +04:00)
Mayın-2 də Heydər Əliyev Sarayında “Milli Sərvətimizdir Muğam” adlı konsert proqramı keçiriləcək.
“Milli Sərvətimizdir Muğam”...

Bakı. Trend:

Mayın-2 də Heydər Əliyev Sarayında "Milli Sərvətimizdir Muğam" adlı konsert proqramı keçiriləcək.

Trend-ə verilən məlumata görə, konsertdə istedadlı gənc muğam ifaçıları Ariz Hüseynov, Pərvaz İbrahimli, Könül Məmmədli, Tural Salmanov, Səbinə Ərəbli, Mehman Hüseynov, Kamil Cəfərov, Babək Quliyev, Günay İmamverdiyeva, Abgül Mirzəliyev, Kəmalə Nəsibova, Kamilə Nəbiyeva, Hüseyn Məlikov, Leyla Rəhimova, Arzu Qarabağlı, Nigar Şabanova, Vüqar Qarabağlı, Nisbət Sədrayeva, Sərxan Bünyadzadə və Ağaşükür Nəsirov iştirak edəcəklər.

Konsertin fəxri qonaqları qismində Respublikanın Xalq artistləri Teymur Mustafayev, Könül Xasıyeva, Bilal Əliyev, Zabit Nəbizadə və Əməkdar İncəsənət Xadimi Aqil Məlikov çıxış edəcəklər.

Konsertin informasiya dəstəyi - Trend.az, Day.az və Milli.az-a-dır.

Saat 19:00-da başlayacaq konsertin biletləri 10-30 manat arasında satışa çıxarılıb. Biletləri şəhərin kassalarından əldə edə bilərsiz.

Əlaqə telefonları (012) 441-21-31, 598-17-72/73/74

Məqalədə:
Xəbər lenti

Xəbər lenti