...

Bakıda Ukrayna və Gürcüstan solistlərinin iştirakı ilə “Payatsı” operası

Mədəniyyət Materials 19 Aprel 2016 18:12 (UTC +04:00)
Aprelin 23-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli italyan bəstəkarı Rudjero Leonkovallonun “Payatsı” operasının tamaşası keçiriləcək.
Bakıda Ukrayna və Gürcüstan solistlərinin iştirakı ilə “Payatsı” operası

Bakı. Trend:

Aprelin 23-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli italyan bəstəkarı Rudjero Leonkovallonun "Payatsı" operasının tamaşası keçiriləcək. Teatrın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, opera tamaşasında əsas partiyalardan biri - Nedda partiyasının ifa etmək üçün Ukrayna Milli Operasının aparıcı solisti, Ukraynanın Əməkdar artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Yekaterina Straşenko dəvət olunub.

Kanio rolunu isə Z.Paliaşvili adına Tbilisi Dövlət Opera və Balet Teatrının solisti Gürcüstanın Xalq artisti, Dövlət mükafatı laureatı, professor Teymuraz Ququşvili ifa edəcək.

Tamaşada eyni zamanda Azərbaycanın Əməkdar artistləri Cahangir Qurbanov (Silvio), Anton Ferştandt (Tonio) və solist Əliəhməd İbrahimov (Arlekin) iştirak edəcəklər.

Tamaşanın musiqi rəhbəri və dirijoru Azərbaycanın Xalq Artisti, professor Yalçın Adıgözəlovdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti