...

Əməkdar artist Xanlar Muradovun xatirəsi anılacaq (FOTO)

Mədəniyyət Materials 28 Aprel 2016 19:43 (UTC +04:00)
Aprelin 30-da Azərbaycanın əməkdar artisti, özünəməxsus ifa tərzi və koloritli yumor hissi ilə tamaşaçıların yaddaşında iz qoyan Azərbaycan Dövlət Musiqili Teatrının aktyoru Xanlar Muradovun 70 yaşı tamam olur.
Əməkdar artist Xanlar Muradovun xatirəsi anılacaq (FOTO)

Bakı. Trend:

Aprelin 30-da Azərbaycanın əməkdar artisti, özünəməxsus ifa tərzi və koloritli yumor hissi ilə tamaşaçıların yaddaşında iz qoyan Azərbaycan Dövlət Musiqili Teatrının aktyoru Xanlar Muradovun 70 yaşı tamam olur.

Trend Mədəniyyət və Turizm Nazirliyinin saytına istinadən məlumat verir ki, mərhum aktyorun xatirəsi Dövlət Musiqili Teatrında doğum günündə - 30 aprel tarixində anılacaq.

Xanlar Yunis oğlu Muradov 1946-cı il aprel ayının 30-da Sumqayıt şəhərində doğulub. 1970-1975-ci illərdə Sumqayıt Dövlət Dram Teatrında, 1975-2005-ci illərdə isə Azərbaycan Dövlət Musiqili Teatrında (o vaxtkı Musiqili Komediya Teatrı) aktyor işləyib. Sumqayıt teatrında Şeyda ("Toy", Sabit Rəhman), Qurban ("Müsibəti-Fəxrəddin", Nəcəf bəy Vəzirov), Axund ("Solğun çiçəklər", Cəfər Cabbarlı), Sırodovey ("Tribunal", Aleksandr Makoyonok), Yaqub ("Həmyerlilər", Altay Məmmədov), Silvester ("Skapenin kələkləri", Jan Batist Molyer), Bədurətdin ("Bu meydan, bu şeytan", Firudin Aşurov), Qələndərov ("Gülməyən adam", Əfqan Əsgərov), Şair ("Paralelimin nəbzi", Ramiz Heydər), Azərbaycan Dövlət Musiqili Teatrında isə Hilal ("Durna", Süleyman Rüstəm, Səid Rüstəmov), Molla Musa ("Boşanaq, evlənərik", Əliağa Kürçaylı, Vasif Adıgözəlov), Bəbirli ("Özümüz bilərik", Şıxəli Qurbanov, Süleyman Ələsgərov), Qulam ("Həyətim mənim, həyatım mənim", Cahagir Məmmədov, Əşrəf Abbasov), Bilal ("Qız görüşə tələsir", Adil Babayev, Tofiq Bakıxanov, Nəriman Məmmədov), Rəhim kişi ("Qızıl toy", Ramiz Heydər, Oqtay Kazimi), Vəli ("Məzəli əhvalat", Ruhəngiz Qasımova), Xudayar bəy ("Danabaş kəndinin əhvalatları", Cəlil Məmmədquluzadənin eyniadlı əsəri əsasında Cənnət Səlimovanın librettosu, bəstəkar Oqtay Kazimi), Mustafa ("Nəğməli könül", Xalidə Hasilova, Emin Sabitoğlu), Cəbrayıl-Arıq ("Lənət şeytana", Firudin Aşurov, Vasif Adıgözəlov), Qoçu Əsgər ("O olmasın, bu olsun", Üzeyir Hacıbəyli), Əlimərdan ("Gözün aydın", Məhərrəm Əlizadə, Fikrət Əmirov), Məhəmməd ("Lotoreya", Vaqif Səmədoğlu, Aydın Əzimov), Murtuzov ("Özümüz bilərik", Şıxəli Qurbanov, Süleyman Ələsgərov), Milyonçu ("Səhnədə məhəbbət", Əli Əmirli, Sərdar Fərəcov) rollarını ifa edib.

X.Muradov 2005-ci il fevral ayının 5-də Bakıda vəfat edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti