...

Qax Mədəniyyət və Turizm şöbəsinin müdiri vəfat edib

Mədəniyyət Materials 29 Aprel 2016 10:43 (UTC +04:00)
Ötən gün Qax rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Omarov Nəzir Osman oğlu qəflətən vəfat edib.
Qax Mədəniyyət və Turizm şöbəsinin müdiri vəfat edib

Bakı. Trend:

Ötən gün Qax rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Omarov Nəzir Osman oğlu qəflətən vəfat edib. Bu barədə Trend-ə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

N.Omarov 1954-cü ildə Qax rayonunun Qaxmuğal kəndində anadan olmuşdur. O 1987-ci ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət Universitetini bitirmişdir. Əmək fəaliyyətinə musiqi məktəbində müəllim kimi başlayan N.Omarov Qax rayon Qaxmuğal kənd mədəniyyət evinin direktoru, Qax rayon mədəniyyət evinin bədii rəhbəri, direktoru vəzifələrində işləmişdir. N.Omarov 1994-cü ildən 2006-cı ilədək Qax rayon Mədəniyyət Şöbəsinin, 2006-cı ildən ömrünün sonunadək Qax rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri vəzifəsində çalışmışdır. N.Omarov həmişə vəzifəsinin öhdəsindən layiqincə gəlmiş, təcrübəli işçi kimi hörmət qazanmışdır. N.Omarovun uzunmüddətli və səmərəli fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş və o, 2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Əməkdar Mədəniyyət İşçisi" adına layiq görülmüşdür.

Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi və kollektivi mərhumun vəfatı ilə əlaqədar başsağlığı verir, əzizlərinə və doğmalarına Allahdan səbr diləyir. Allah rəhmət eləsin!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti