Bakı. Trend:
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin əmrinə əsasən Binəqədi Mərkəzi Mədəniyyət evinin direktoru Abbasova Zivər Aydın qızı tutduğu vəzifədən azad edilib.
İdarədən Trend-ə verilən məlumata görə, idarənin digər əmrini rəhbər tutaraq vəzifə və öhdəliklərini tam icra etmədiyi üçün 2 nömrəli Maliyyə və İqtisadi Regional Bölməsinin müdiri - baş mühasibi Adımov Mehman Nəriman oğluna töhmət verilib.