...

"Keloğlan Masalları" Bakıda ilk dəfə (VİDEO)

Mədəniyyət Materials 29 Sentyabr 2016 15:00 (UTC +04:00)
Oktyabrın 15-də Heydər Əliyev Sarayında Ankara teatrının təqdimatında, Bakıda ilk dəfə "Keloğlan Masalları" müziklı təqdim olunacaq.
"Keloğlan Masalları" Bakıda ilk dəfə (VİDEO)

Bakı. Trend:

Oktyabrın 15-də Heydər Əliyev Sarayında Ankara teatrının təqdimatında, Bakıda ilk dəfə "Keloğlan Masalları" müziklı təqdim olunacaq.

Trend-in məlumatına görə, müziklda hadisələr Keloğlan Masalları kəndində cərəyan edir. O kənddə illərlə Alma Şəkəri Festivalı keçirilirdi. Qaravəzir bu festivalı uzun müddətdir yasaqlayıb. Bunu öyrənən Keloğlan və dostları, Qaravəzir və mühafizəçilərinə baxmayaraq, Alma Şəkəri Festivalını reallaşdıra biləcəklərmi? Bu suala cavab tapmaq istəyən uşaqları interaktiv müzikl-tamaşaya dəvət edirik.

Yalnız bir gün və iki seans olacaq müzikl mahnıları, rəqsləri, qəhrəmanları, həyəcanverici mövzusu ilə uşaqlara və həmçinin böyüklərə möhtəşəm əyləncə vəd edir.

Saat 12:00 və 15:00-da başlayacaq müzikl-tamaşanın biletləri 8 manatdan başlayır. Biletləri şəhərin kassalarından və ASAN xidmət mərkəzlərindən əldə etmək mümkündür.

Konsertin informasiya dəstəyi Trend.az, Day.az və Milli.az-a məxsusdur.
Əlaqə nömrələri: (012) 441-21-31, (050) 332-36-30

Məqalədə:
Xəbər lenti

Xəbər lenti