...

Elçin Əzizov Bakıda bütün sirlərini açacaq

Mədəniyyət Materials 10 Noyabr 2016 14:06 (UTC +04:00)
Azərbaycanın əməkdar artisti Elçin Əzizovun son uğurlu çıxışlarından biri Rusiyanın Böyük Teatrının səhnəsində Cakomo Puççininin "Manon Lesko" operasının premyerasında oldu.
Elçin Əzizov Bakıda bütün sirlərini açacaq

Bakı. Trend:

Azərbaycanın əməkdar artisti Elçin Əzizovun son uğurlu çıxışlarından biri Rusiyanın Böyük Teatrının səhnəsində Cakomo Puççininin "Manon Lesko" operasının premyerasında oldu.

Trend-in məlumatına görə, premyerada dünya operasının ulduzları Anna Netrebko və diəgr Azərbaycanın tanınmış opera müğənnisi Yusif Eyvazov da iştirak ediblər.

E.Əzizov noyabrın 12-də Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində çıxış edəcək. O, bəstəkar Jorj Bizenin "Karmen" operasında Eskamilyo partiyasını ifa edəcək.

Qeyd edək ki, noyabrın 11-də saat 12:00-da Trend Xəbərlər Şirkətinin Mətbuat Mərkəzində E.Əzizovun mətbuat konfransı keçiriləcək. O, jurnalistlərlə görüşündə Moskvada Böyük Teatrdakı yaradıcılıq fəaliyyəti, uğurlu qastrolları, gələcək planları barəsində ətraflı məlumat verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti