...

Gənc Tamaşaçılar Teatrında “Vurğuna vurğun gəlin” hazırlanır...

Mədəniyyət Materials 17 Yanvar 2017 11:53 (UTC +04:00)
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında növbəti tamaşanın hazırlıqlarına start verilib.
Gənc Tamaşaçılar Teatrında “Vurğuna vurğun gəlin” hazırlanır...

Bakı. Trend:

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında növbəti tamaşanın hazırlıqlarına start verilib.

Teatrın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yeni tamaşa teatrın aktrisası, Əməkdar Artist, Prezident təqaüdçüsü Lətifə Əliyevanın 70 illik yubileyi münasibətilə hazırlanır.

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, tanınmış şair-dramaturq, Səməd Vurğun mükafatı laureatı Zaməddin Ziyadoğlunun görkəmli Azərbaycan şairi Səməd Vurğunun xatirəsinə həsr etdiyi “Vurğuna vurğun gəlin” pyesi əsasında hazırlanan eyniadlı tamaşanın quruluşçu rejissoru Gülnar Hacıyevadır.

Yeni səhnə əsəri yaxın günlərdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsində nümayiş etdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti