...

Vaqif Mustafazadənin xatirəsinə həsr olunmuş konsert proqramı keçiriləcək

Mədəniyyət Materials 27 Yanvar 2017 14:28 (UTC +04:00)
İfaçılar caz musiqisi axşamında Vaqif Mustafazadənin müəllifi olduğu əsərləri səsləndirəcəklər.
Vaqif Mustafazadənin xatirəsinə həsr olunmuş konsert proqramı keçiriləcək

Bakı. Trend:

Martın 16-da Heydər Əliyev Sarayında görkəmli bəstəkar və pianoçu Vaqif Mustafazadənin xatirəsinə həsr olunmuş konsert proqramı keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, konsertdə xalq artisti Faiq Sücəddinov, əməkdar artist Akif Süleymanbəyli, əməkdar incəsənət xadimi Cavan Zeynallı, “Səs Azərbaycan” müsabiqəsinin qalibi Emiliya Yaqubova, Teymur Süleymanbəyli, Azad Şabanov, Humay Süleymanbəyli, Hüseyn Abdullayev, Nəzrin Zərbəliyeva, Natavan Cəbizadə, Tofiq Həsənsoy, “Aysel” rəqs qrupu və V.Mustafazadə adına 2 saylı uşaq incəsənət məktəbinin istedadlı şagirdləri iştirak edəcəklər.

İfaçılar caz musiqisi axşamında Vaqif Mustafazadənin müəllifi olduğu əsərləri səsləndirəcəklər.

Biletləri şəhərin kassalarından və "ASAN xidmət" mərkəzlərindən əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti