...

Heydər Əliyev Sarayında möhtəşəm bayram konserti

Mədəniyyət Materials 4 May 2017 12:02 (UTC +04:00)

Bakı. Trend:

Mayın 29-da Heydər Əliyev Sarayı, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti və Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin birgə təşkilatçılığı ilə 1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş “Pillə” adlı bayram konserti keçiriləcək.

İdarənin İnformasiya və İctimaiyyətlə Əlaqələr sektorundan Trend-ə verilən məlumata görə, İdarənin nəzdində olan Bakı şəhər uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin iştirakı ilə möhtəşəm konsert proqramı hazırlanıb.

Bayram konserti Heydər Əliyev Sarayında saat 19.00-da baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti