Bakı. Trend:
Mayın 19-da, Sabir bağında IV İslam Həmrəyliyi Oyunları çərçivəsində Milli Turizm Təbliğat Bürosu Misirin Azərbaycandakı səfirliyi ilə birgə bu ölkənin Mədəniyyət gününü keçirəcək.
Trend-in məlumatına görə, sərgi saat 14.00-da başlayacaq. 19.00-dan etibarən isə konsert proqramı təqdim olunacaq.
Mayın 20-21 tarixlərində Sabir bağında Türkiyənin Mədəniyyət günləri keçiriləcək. Tədbirdə Türkiyənin əsasən İstanbul və Bursadan olan 100-ə qədər rəqqası və ifaçısı iştirak edəcək.
Hər iki tədbirdə rəsmi şəxslərin və idmançıların iştirakı nəzərdə tutulur.