...

“Nə? Harada? Nə zaman?” oyunu üzrə VIII Çağırış Kuboku keçiriləcək

Mədəniyyət Materials 20 İyun 2017 20:41 (UTC +04:00)
“Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə ənənəvi VIII Çağırış Kuboku keçiriləcək.
“Nə? Harada? Nə zaman?” oyunu üzrə VIII Çağırış Kuboku keçiriləcək

Bakı. Trend:

Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi və Xəzər İntellektual Gənclər Klubunun təşkilatçılığı ilə “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə ənənəvi VIII Çağırış Kuboku keçiriləcək.

VIII Çağırış Kubokunun keçirilməsində məqsəd gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların intellektual inkişafının təmin olunması və intellektual oyunlar hərəkatının bütün ölkəni əhatə etməsinin reallaşdırılmasıdır.

Layihə ölkənin 10 regionunu əhatə etməklə 1000-dən çox gəncin turnirdə iştirakına şərait yaradacaq. Yarışda yaşı 25-dən çox olmayan (turnir günü 25 yaşı tamam olan) və yeniyetmələtdəm ibarət komandalar iştirak edə bilər.

Kubok çərçivəsində regionlarda və Bakıda seçim turları təşkil ediləcək. Seçim turları nəticəsində yüksək yerlər tutmuş 40 komandanın paytaxtda baş tutacaq final oyununa vəsiqə qazanacağı gözlənilir.

Seçimlərdə iştirak etmək üçün Xəzər İntellektual Gənclər Klubunun facebook ünvanında yerləşdirilmiş qeydiyyat formasını doldurmaq lazımdır.

(https://www.facebook.com/Xazarigk/)

Xəbər lenti

Xəbər lenti