...

Fəvvarələr Meydanında “Music Band”ın növbəti çəkilişi baş tutub (FOTO)

Mədəniyyət Materials 25 İyul 2017 20:12 (UTC +04:00)
Bakının mərkəzində, Fəvvarələr Meydanında Azərbaycan Televiziyası Mədəniyyət Kanalının yeni layihəsi olan “Music Band” verilişinin növbəti çəkilişi baş tutub.
Fəvvarələr Meydanında “Music Band”ın növbəti çəkilişi baş tutub (FOTO)

Bakı. Trend:

Bakının mərkəzində, Fəvvarələr Meydanında Azərbaycan Televiziyası Mədəniyyət Kanalının yeni layihəsi olan “Music Band” verilişinin növbəti çəkilişi baş tutub.

Musiqinin müxtəlif janr və sahələrini əhatə edən layihənin əsas məqsədi caz, rok, estrada və digər musiqi janrlarının yaranması, inkişaf tarixi barədə tamaşaçılara məlumat vermək, gənc nəslin musiqi zövqünün formalaşmasına, maariflənməsinə xidmət etməkdir.

Proqramın açıq havada keçirilməsinin bir səbəbi də tamaşaçılarla canlı ünsiyyət qurmaq, eləcə də gənclərin, şəhər sakinlərinin və şəhərimizin qonaqlarının asudə vaxtlarının səmərəli və əyləncəli keçməsinə vasitəçi olmaqdır. Verilişin növbəti qonağı gənc və sevilən ifaçı Xəyyam Nisanov olub. O, müasir estrada mahnıları ilə yanaşı, Azərbaycan bəstəkarlarının əsərlərini, eləcə də xarici musiqi nümunələrini ifa edib.

Layihənin aparıcısı Nurlana Cəfərovadır.

Xəbər lenti

Xəbər lenti