Bakı. Trend:
Portuqaliyanın milli televiziyası və Avropa Yayım Birliyi Avrovisiya-2018 mahnı müsabiqəsinin keçiriləcəyi şəhəri müəyyən edib.
Trend-in məlumtına görə, mahnı müsabiqəsi gələn il Lissabon şəhərində keçiriləcək.
Həmçinin təşkilatçılar bildiriblər ki, yarımfinallar mayın 8 və 10-də, müsabiqənin final mərhələsi isə mayın 12-da baş tutacaq.