...

Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” romanı Türkiyədə oxuculara təqdim olunub (FOTO)

Mədəniyyət Materials 30 Avqust 2017 16:26 (UTC +04:00)
Görkəmli yazıçı Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” romanının nəşri başa çatdırılıb.
Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” romanı Türkiyədə oxuculara təqdim olunub (FOTO)

Bakı. Trend:

Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” romanı Türkiyədə oxuculara təqdim olunub.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazirlik tərəfindən Azərbaycan kitabının tanıdılması məqsədilə 2016-cı ildə başlanılmış “Azərbaycan Kitabının Dünyada Tanıdılması” (AKDT) layihəsi ilə əlaqədar seçmə Azərbaycan ədəbiyyatı nümunələrinin tərcüməsi, çapı və Türkiyədə yayılması işi davam etdirilir.

Bu günlərdə layihə üzrə görkəmli yazıçı Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” romanının nəşri başa çatdırılıb. Azərbaycan əsilli, şair-yazıçı Yurtseven Şenin türkcəyə çevirdiyi roman “Sevinç Fırat Zengin Yayıncılık” nəşriyyatında çap olunub.

Bu günə qədər layihə əsasında Yusif Vəzir Çəmənzəminlinin “Qan içində. İki od arasında”, Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları” və Yusif Səmədoğlunun “Qətl günü” əsərləri Türkiyəli kitabsevərlərə təqdim olunub.

Kitablar oxucuların rəğbətini qazanmaqda davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti