...

Azərbaycan Moskvada beynəlxalq kitab sərgisində təmsil olunur (FOTO)

Mədəniyyət Materials 6 Sentyabr 2017 20:41 (UTC +04:00)
Bu gün Rusiyanın paytaxtı Moskvada 30-cu Beynəlxalq Kitab Sərgi-Yarmarkası başlayıb.
Azərbaycan Moskvada beynəlxalq kitab sərgisində təmsil olunur (FOTO)

Bakı. Trend:

Bu gün Rusiyanın paytaxtı Moskvada 30-cu Beynəlxalq Kitab Sərgi-Yarmarkası başlayıb.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, Sərgi-yarmarkada Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı və dəstəyi ilə 21 kvadratmetrlik sahədə qurulan stenddə ölkəmizin kitab mədəniyyəti nümayiş etdirilir.

Azərbaycan stendində ölkəmizin tarixi, dövlətçiliyi, mədəniyyəti, elmi və turizm imkanlarını əks etdirən müxtəlif nəşrlər, təbliğat materialları ziyarətçilərə təqdim olunur. Nəşrlərimiz sərginin qonaqları və ziyarətçilər tərəfindən maraqla qarşılanır.

Qeyd edək ki, nüfuzlu beynəlxalq sərgidə iştirak edən Azərbaycan nümayəndə heyətinə Mədəniyyət və Turizm Nazirliyinin Aparatı rəhbərinin müavini - İnsan resursları şöbəsinin müdiri Cavanşir Cəfərov, Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin baş məsləhətçisi Elbəy Əli, Respublika Gənclər Kitabxanasının direktoru Tahir Sadıqov, "Azərkitab" kitab ticarəti mərkəzinin əməkdaşları və başqaları daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti