...

Bəstəkar-pianoçu Pikə Axundovanın mahnılarından ibarət konsert keçiriləcək

Mədəniyyət Materials 6 Oktyabr 2017 19:48 (UTC +04:00)

Bakı. Trend:

Dekabrın 11-də Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Televiziyası Mədəniyyət Kanalının təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə bəstəkar-pianoçu Pikə Axundovanın mahnılarından ibarət konsert keçiriləcək.

Trend-in məlumatına görə, konsertdə xalq artistləri Aygün Bayramova, Samir Cəfərov, əməkdar artistlər Aygün Bəylər, Lalə Məmmədova, Zaur Əmiraslanov, müğənnilər Zamiq Hüseynov, Zabitə Alıyeva Səbinə Ərəbli, Orxan Cəlilov və başqaları bəstəkarın mahnılarını ifa edəcəklər.

İfaçıları Azərbaycan Televiziyası və Radiosunun Tofiq Əhmədov adına Estrada-Simfonik Orkestri müşayiət edəcək. Dirijor Fərhad Qarayusiflidir. Konsertdə həmçinin əməkdar artist Natiq Şirinovun rəhbərliyi ilə “Natiq” ritm qrupu və Şəhriyar İmanov da çıxış edəcəklər.

Xəbər lenti

Xəbər lenti