...

Milli Dirçəliş Gününə həsr olunmuş müsabiqə keçirilib (FOTO)

Mədəniyyət Materials 2 Noyabr 2017 20:33
“İstedad sorağında” adlı musiqi alətlərində ifa üzrə müsabiqənin 3-cü, yekun turu keçirilib.
Milli Dirçəliş Gününə həsr olunmuş müsabiqə keçirilib (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Oktyabrın 31-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Şüvəlan qəsəbə Mədəniyyət evi Mərdəkan, Şağan və Şüvəlan qəsəbələrində yerləşən tam orta məktəblərin şagirdləri arasında “İstedad sorağında” adlı musiqi alətlərində ifa üzrə müsabiqənin 3-cü, yekun turunu keçirib.

Trend-in məlumatına görə, noyabrın 15-də, saat 15:00-da Şüvəlan qəsəbə Mədəniyyət evində 17 noyabr - Milli Dirçəliş Gününə həsr olunmuş müsabiqənin qaliblərinin mükafatlandırma mərasimi və qala konsert keçiriləcək.

Müsabiqənin keçirilməsində əsas məqsəd yeniyetmə və gənclərin istedadlarının üzə çıxarılması, Azərbaycan musiqi sənəti tarixində özünə əbədi yer tapmış və bu gündə xalqımız tərəfindən daima maraqla izlənən ecazkar musiqi alətlərinin yaşaması, gələcəkdə daha da inkişaf etdirilməsi və təbliğidir.

Qeyd edək ki, müsabiqəyə oktyabr ayının əvvəlində start verilib. 3 turdan ibarət olan müsabiqədə məktəblilər fortepiano, skripka, tar, qanun, nağara, qarmon və digər musiqi alətlərində öz məharətlərini nümayiş etdiriblər. Yekun turda münsiflər heyyəti 1-ci, 2-ci və 3-cü yerlərin sahiblərini müəyyənləşdiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti