...

Komitə sədri: Dahi şəxsiyyətlər ətrafında müzakirələr milli natamamlıq hissini formalaşdırmaq üçün düşünülüb

Mədəniyyət Materials 16 Noyabr 2017 12:26 (UTC +04:00)
Dahi şəxsiyyətlər ətrafında müzakirələr milli natamamlıq hissini formalaşdırmaq üçün düşünülüb.
Komitə sədri: Dahi şəxsiyyətlər ətrafında müzakirələr milli natamamlıq hissini formalaşdırmaq üçün düşünülüb

Bakı. İlhamə İsabalayeva – Trend:

“Biz gerçəklikdə, informasiya şəbəkəmizdə görürük ki, kəşfiyyat şəbəkəsində casusdan fərqli olan “təsir agenti” anlayışı da var. Məsələn, bir insanın özünün xəbəri olmadan hansısa bir informasiyanı yaymağa, onun ətrafında təhlillər aparmağa başlayırlar”.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov komitənin bu gün keçirilən iclasında bildirib.

Onun sözlərinə görə, belə halları Azərbaycan mətbuatında da görmək mümkündür: “Azərbaycanın hansısa böyük şəxsiyyətləri haqqında, dövlətçilik üçün əhəmiyyət daşıyan hansısa mühüm mövzular haqqında müzakirələr açılır. Şah İsmayıl Xətai, Babək, Qaçaq Nəbi, Nəriman Nərimanov və Azərbaycanın simvolu olan digər insanlarla, eyni zamanda, milli dəyərlərimizlə - Novruz bayramı və s. ilə bağlı müzakirələr aparılır. Bu mövzular ətrafında insanlarda ruh düşkünlüyü yaradılır, belə bir ovqat yaratmaq üçün iş aparılır. Bu məsələnin mahiyyətinə varmayan, dərininə getməyən, onun fəlsəfəsini dərk etməyən cavan, bir az təcrübəsiz qələm sahibləri də buna qoşulurlar. Ancaq bunun arxasında daha böyük siyasət dayanır. Bu, kənardan gələn, yeridilən bir siyasətdir. Fikirləşirsən ki, Babək, Şah İsmayıl Xətai, Koroğlu kimi dahi şəxsiyyətlərim var idi, onlara Azərbaycanın simvolları kimi baxırdım, ancaq sən demə, mənim heç bir dəyərim yox imiş. Bunlar milli natamamlıq hissini formalaşdırmaq üçün düşünülmüş müəyyən ideyalardır”.

R.Hüseynov qeyd edib ki, bu işi məqsədli şəkildə icra edənlər də var: “Amma təəssüflər olsun ki, bəzən bunu dərk etmədən də bu işə qoşulanlar “təsir agenti” olurlar. Bir var ki, insan məqsədli şəkildə, bir də var ki, özü dərk etmədən “təsir agenti”nə çevrilir”.

Millət vəkili bütün bunları nəzərə alaraq hesab edir ki, daimi müzakirələr mövzusu informasiya mübadiləsi, informasiya şəbəkəsindəki təhlükəsizlik məsələsi olmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti