...

Gəncədə rəqs kollektivlərinin yarışı keçiriləcək (FOTO)

Mədəniyyət Materials 25 Yanvar 2018 19:08 (UTC +04:00)
Azərbaycan Gənclər İttifaqı (AGİ) və Azərbaycan Rəqs Assosiyasiyası (ARA) yanvarın 28-də Kəpəz Açıq Kuboku keçirməyə hazırlaşır.
Gəncədə rəqs kollektivlərinin yarışı keçiriləcək (FOTO)

Bakı. Trend:

Azərbaycan Gənclər İttifaqı (AGİ) və Azərbaycan Rəqs Assosiyasiyası (ARA) yanvarın 28-də Kəpəz Açıq Kuboku keçirməyə hazırlaşır.

Trend-in məlumatına görə, yanvarın 28-də Gəncə Dövlət Filarmoniyasında Kəpəz Açıq Kuboku yarışında bütün rəqs növlərində rəqs kollektivlərinin yarışı keçiriləcək.

Bütün yaş kateqoriyalarında olan iştirakçılar bu nominasiyalarda mübarizəyə qoşulacaqlar: Çerlidinq, hip-hop, brek dans, rəqs şousu, klasik rəqs, milli rəqs, folklor stilizasiyası, dünya xalqlarının rəqsləri, oriental, müəllif rəqsi və.s...

Azərbaycan Rəqs Assosiyasiyasının prezidenti və Azərbaycan Gənclər İttifaqının sədr müavini Əziz Əzizov deyib: “Kubokun keçirilməsində əsas məqsəd müasir, istedadlı rəqs kollektivlərini, duet ifaçılarını, solistləri bu yarış vasitəsi ilə müəyən etmək və Azərbaycanı gələcəkdə Avropa və Dünya çempionatlarında təmsil etmək üçün secməkdir. Müsabiqənin digər mühüm vəzifələrindən biri də rəhbərlər, müəllimlər, rəqqaslar arasında təcrübə mübadiləsi aparmaqdır. Uşaqları, yeniyetmələri və gəncləri müasir xoreoqrafiyaya cəlb etməkdir. Biz məmnunuq ki, ildən-ilə bizim fəaliyətimiz daha da artır. Hər yeni ildə bizə Bakıdan və regionlardan daha çox kolektivlər qoşulurlar. Bu bizi sevindirməyə bilməz, demək biz öz işimizi yaxşı görürük.”

Məqalədə:
Xəbər lenti

Xəbər lenti