• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
Day.Az Milli.Az
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Daxil ol
  • Qeydiyyatdan keç
  • Əsas səhifə
  • Mədəniyyət

Azərbaycan Daşkənddə “Əlişir Nəvai və XXI əsr” beynəlxalq konfransında təmsil olunub (FOTO)

9 Fevral 2018 10:02 (UTC+04:00)
  • 0
  • 0

Bakı. Trend:

Daşkənddəki Nəvai adına Özbək dili və Ədəbiyyatı Universitetində “Əlişir Nəvai və XXI əsr” adlı elmi-praktik konfrans keçirilib.

Trend-ə verilən məlumata görə, tədbirdə Özbəkistanda fəaliyyət göstərən səfirlər və beynəlxalq təşkilatların nümayəndələri, elm, mədəniyyət və incəsənət xadimləri, bu ali məktəbin professor-müəllim heyəti, tələbələr iştirak ediblər.

Konfransda ölkəmizi Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov və Bakı Dövlət Universitetinin professoru Ramiz Əskər təmsil edib.

Konfransı universitetin rektoru, profesor Şuxrat Sirojiddinov açaraq böyük özbək şairi Əlişir Nəvainin həyat və yaradıcılığı haqqında məlumat verib, onun Şərq ədəbiyyatındakı yeri və mövqeyindən danışıb.

Səfirlər və beynəlxalq təşkilatların nümayəndələri öz çıxışlarında Əlişir Nəvaini dünya şöhrətli bir söz ustadı kimi xarakterizə ediblər.

Özbəkistanın ali və orta təhsil üzrə naziri Inomjon Macidov, ÖzbəkistanYazıçılar Birliyinin sərdi Muhammad Ali, YUNESKO-nun Özbəkistandakı missiyasının rəhbəri Dendev Badark, Qazaxıstanın Özbəkistandakı səfiri Yerik Utembaev çıxış edərək Özbək ədəbiyyatının böyük siması, söz mülkünün sultanı, dövlət xadimi dahi Nəvainin xidmətlərindən danışaraq, onun yaşadığı Herat şəhərini dövrün ən böyük mədəniyyət mərkəzinə çevirdiyini qeyd etdilər və vurğuladılar ki, Nəvai yalnız elm və sənət ardınca deyil, ölkənin mədəni hala gəlməsində, sənətkarlığın və iqtisadiyyatın inkişafında böyük xidmətləri olub.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru S.Abbasov dahi şairin əsas böyük xidmətinin türkçülük və türk dilçiliyi sahəsində olduğunu, Şərq ədəbiyyatında türkdilli ədəbiyyatın əsasçısı olan Nəvainin Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi Nizami Gəncəviyə böyük rəğbət göstərdiyini və onu öz ustadı adlandırdığı qeyd etdi. Nizami-Nəvai arasında bu ədəbi əlaqələrin xalqlarımız arasında dostluq körpüsünə çevrildiyini deyən S.Abbasov 2011-ci ildə Bakıda Əlişir Nəvainin heykəlinin açılışı olduğunu, habelə, Nəvai yaradıcılığına dair Azərbaycanda çoxsaylı tədqiqat işlərinin aparıldığını qeyd etdi.

Tədbirdə fəxri qonaq kimi çıxış edən Bakı Dövlət Universitetinin professoru, türkoloq, alim R.Əskərin Nəvainin Azərbaycanda öyrənilməsi, nəşri və tədrisi məsələləri ilə bağlı məruzəsi maraqla qarşılanıb. O bildirib ki, Nəvai dünya ədəbiyyatı tarixinə türk dilində “Xəmsə” yazan şair kimi düşüb. R.Əskər Azərbaycan dilinə tərcümə etdiyi türk dünyasının ilk ensiklopedik əsəri olan Mahmud Kaşğarlının məşhur "Divani lüğət-it türk" əsərini Nəvai dına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetinin rektoru Ş.Sirojiddinova hədiyyə edib.

Tədbirdə çıxışçılar qeyd edib ki, Nəvainin yaradıcılığı ondan sonra gələn Azərbaycan şairləri - Kişvəri, Xətai, Füzuli və başqalarının yaradıcılığına müsbət təsir edib.

Sonra tədbirin bədii hissəsi təqdim olunub. Özbəkistanın xalq artisti, muğam ustası Münacat Yolçuyevanın Əlişir Nəvaiyə dair musiqisi, Daşkənd Dövlət Dram Teatrının hazırladığı səhnəciklər təqdim olunub.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

  • Məqalədə:
  • beynəlxalq konfrans
  • Özbəkistan
Digər xəbərlər
Özbəkistan rəsmiləri Bakıya səfər edəcək
İqtisadiyyat 15 Fevral 18:26
Cəlil Məmmədquluzadənin əsərləri özbək dilində
Mədəniyyət 11 Fevral 15:49
Azərbaycan-Özbəkistan iqtisadi əlaqələri müzakirə edilib (FOTO)
İqtisadiyyat 6 Fevral 15:49
Özbəkistan Prezidenti Azərbaycana səfər edəcək
Siyasət 6 Fevral 13:14
Özbəkistanın vergi sistemi və “Cybernet” şirkəti vergi inzibatçılığında müasir İKT-nin tətbiqi üzrə əməkdaşlığı gücləndirir
İqtisadiyyat 1 Fevral 11:00
Özbəkistana gələn yük qatarının vaqonunda partlayıcı qurğu aşkar edilib
Dünya xəbərləri 13 Yanvar 19:29
Xəbər lenti
Bakıda batut gimnastikası və tamblinq üzrə ilin ilk Dünya Kuboku keçirilir (FOTO)
İdman 10:55
Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb
Hadisə 10:50
Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib (FОТО)
Cəmiyyət 10:30
Mehriban Əliyevanın əzmkar rəhbərliyi sayəsində Azərbaycan gimnastikasına münasibət əsaslı şəkildə dəyişib – Nazir müavini
Siyasət 10:16
Azərbaycanda daha bir medal təsis edilir
Siyasət 10:00
Olimpiya çempionu: Bakıda Dünya Kubokunda bütün gimnastların qələbə üçün eyni şansları olacaq
İdman 09:56
Çində bina çöküb, dağıntılar altında qalanlar var
Dünya xəbərləri 09:43
Atəşkəs rejimi 25 dəfə pozulub
Dağlıq Qarabağ Münaqişəsi 09:28
Çaylarda suyun səviyyəsi açıqlanıb
Cəmiyyət 09:15
Ən çox oxunanlar
Reyhan Camalova Azərbaycanı yenidən təmsil edəcək - ABŞ-da
Reyhan Camalova Azərbaycanı yenidən təmsil edəcək - ABŞ-da
Azərbaycanda yeni "ASAN Xidmət" mərkəzləri açılacaq (ÖZƏL)
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Balaxanıda sahibsiz itlərə qayğı mərkəzinin açılışında iştirak edib (FOTO)
Mehriban Əliyeva Gimnastika Federasiyasının prezidenti seçildikdən sonra Azərbaycanda bu idman növünün intibah dövrü başladı - Nurlana Məmmədzadə
Nəzər nöqtəsi
Andrey İvanov: Rusiyada hakimiyyətin dəyişməsi ilə bağlı kurslar hiyləgər erməni xadimlərin pul qazanmaq istəyidir

Andrey İvanov: Rusiyada hakimiyyətin dəyişməsi ilə bağlı kurslar hiyləgər erməni xadimlərin pul qazanmaq istəyidir

Millət vəkili: Tələbələrin təqaüdlərinin artırılması Azərbaycan elminin inkişafında yeni üfüqlər açacaq
Ekspert: Prezident İlham Əliyevin regionlara hər səfəri xalqa xidmətin təzahürüdür
Xocalıda törədilən dəhşətli cinayətə göz yummaq son dərəcə böyük haqsızlıqdır, erməni faşizmini dəstəkləməkdir
Azernews Newspaper
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Xəbər terminalı
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2019 Trend News Agency
İstifadə şərtləri