...

Opera və Balet Teatrında "Şəhrizad" baletinin tamaşası keçirilib (FOTO)

Mədəniyyət Materials 16 Fevral 2018 20:13 (UTC +04:00)
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli rus bəstəkarı N.Rinski-Korsakovun "Şəhrizad" baletinin tamaşası keçirilib.
Opera və Balet Teatrında "Şəhrizad" baletinin tamaşası keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli rus bəstəkarı N.Rinski-Korsakovun "Şəhrizad" baletinin tamaşası keçirilib.

Teatrdan Trend-ə verilən məlumata görə, balet tamaşasında əsas rolları truppanın aparıcı solistləri - Elmira Süleymanova (Zübeyda) və Əməkdar artist Samir Səmədov (Zübeydanın sevimli qulu) ifa ediblər. Hər iki solist parlaq ifaları ilə tamaşaçıları heyran edib və onlar tərəfindən gurultulu alqışlarla mükafatlandırılıblar.

Xalq Artsti, professor Yalçın Adıgözəlovun rəhbərliyi altında simfonik orkestr N.Rimski-Korsakovun ən yaxşı simfonik əsərlərindən biri olan "Şəhrizad" simfonik süitasını peşəkarlıqla ifa edib.

Tamaşa anşlaqla baş tutub, tamaşada bir çox tanınmış ictimai xadimlər, yaradıcı ziyalıların nümayəndələri, xarici qonaqlar və KİV nümayəndələri iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti