...

Ələkbər Tağıyevin mahnılarından ibarət konsert olacaq (VİDEO)

Mədəniyyət Materials 7 May 2018 23:03 (UTC +04:00)
Mayın 31-də Heydər Əliyev Sarayında tanınmış Azərbaycan bəstəkarı Ələkbər Tağıyevin mahnılardan ibarət konsert proqramı keçiriləcək.
Ələkbər Tağıyevin mahnılarından ibarət konsert olacaq (VİDEO)

Bakı. Trend:

Mayın 31-də Heydər Əliyev Sarayında tanınmış Azərbaycan bəstəkarı Ələkbər Tağıyevin mahnılardan ibarət konsert proqramı keçiriləcək.

Trend-in məlumatına görə, konsert proqramında respublikamızın sevilən və tanınmış sənətkarları xalq artistləri Brilliant Dadaşova, Mənsum İbrahimov, Nazpəri Dostəliyeva, Gülyanaq Məmmədova, Gülyaz Məmmədova, Zaur Rzayev, Nəzakət Teymurova, Samir Cəfərov, əməkdar artistlər Mətanət İsgəndərli, Zöhrə Abdullayeva, Almaz Orucova, Zakir Əliyev, Gülüstan Əliyeva, Fehruz Səxavət, Abbas Bağırov, Lalə Məmmədova, Firuzə İbadova, Nuriyyə Hüseynova, tanınmış müğənnilər Nadir Qafarzadə, İzzət Bağırov, Könül Kərimova, Elton Hüseynəliyev, Orxan Cəlil, Nigar Cəlilova, Günay İmamverdiyeva, Nurlan Əzizbəyli, Zamiq Hüseynov, Pərviz Qasımov, Nicat Cəfərzadə, Səbinə Ərəbli, Rəvanə Əmiraslanlı, Almaxanım Əhmədli, Kamilə Nəbiyeva, Fuad Musayev, Ayşən Mehdiyeva, Rövşən Əziz, Səbinə Babayeva, Aqşin Abdullayev və Sərxan Bünyadzadə iştirak edəcəklər.

Qeyd edək ki, Ələkbər Tağıyev Azərbaycan musiqi mədəniyyətinə “Azərbaycanım mənim”, “Şirin arzular”, “Sən gəlməz oldun”, “Dinə bilmədim”, “Bakı gecələri”, “Qonşu qız”, “Azərbaycan oğluyam”, “Qəşəngdir” kimi bir çox sevilən mahnılar bəxş edib. Bəstəkarın "Sən gəlməz oldun", "Arzu qızım", "Sənə qurban", "Sədaqətim var" kimi mahnıları dəfələrlə xarici müğənnilərin repertuarına daxil olub.

Saat 19:00-da başlayacaq konsertin biletlərinin qiyməti 10-60 manat təşkil edir.

Biletləri Heydər Əliyev Sarayının kassasından, şəhərin kassalarından,www.iticket.az saytından onlayn və ASAN xidmət mərkəzlərindən, Gənclik və 28 Mall ticarət mərkəzlərindəki kassalardanəldə edə bilərsiniz.

Əlaqə telefonları: (012) 441-21-31, (050) 332-36-30

Məqalədə:
Xəbər lenti

Xəbər lenti