...

Musiqi məktəbinin yubileyi keçirilib (FOTO)

Mədəniyyət Materials 6 İyun 2018 01:36 (UTC +04:00)
36 nömrəli musiqi məktəbinin yaranmasının 30 illik yubileyi münasibəti ilə konsert keçirilib
Musiqi məktəbinin yubileyi keçirilib (FOTO)

Bakı. Trend:

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 36 nömrəli uşaq musiqi məktəbi Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında məktəbin yaranmasının 30 illik yubileyinə həsr olunmuş hesabat konserti keçirib.

Trend-in məlumatına görə, konsertdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Vuqar Zeynalov, Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzin direktoru Hacı Əliyev, Bakı şəhər musiqi məktəblərinin direktorları və digər qonaqlar iştirak ediblər.

Şagirdlərin ifasında F.Əmirov “Bulaq başında”, S.Ələsgərov “Şalaxo”, H.Vəkilov “Şıdrığı”, P.İ.Çaykovski “İlin fəsilləri” məcmuəsindən “Aprel”, A.Piazzolla “Libertango” və digər Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib. Həmçinin məktəbin məzunu, əməkdar artist Anar Şuşalının ifasında Asəf Zeynallının "Ölkəm" romansı maraqla qarşılanıb.

Sonda Baş İdarənin rəisi V.Zeynalov çıxış edərək əlamətdar gün münasibətilə kollektivi təbrik edib, məktəbin müəllimlərini fəxri fərmanlarla təltif edib. Məktəbin direktoru Oqtay Muxtarov təhsil ocağının yaranması və fəaliyyəti haqqında qısa məlumat verib, əldə olunan nailiyyətlərdən danışıb, göstərilən diqqətə görə öz təşəkkürünü bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti