...

Bakıda möhtəşəm bayram konserti olacaq

Mədəniyyət Materials 11 İyun 2018 11:37 (UTC +04:00)
Milli Qurtuluş Günü münasibəti ilə iyun ayının 13-ü saat 19-30-da Səbail rayonu Badamdar qəsəbəsindəki Heydər Əliyev Parkında Səbail Rayon İcra Hakimiyyəti və Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri QSC-nin birgə təşkilatçılığı ilə möhtəşəm bayram konserti təşkil olunacaq.
Bakıda möhtəşəm bayram konserti olacaq

Bakı. Trend:

Milli Qurtuluş Günü münasibəti ilə iyun ayının 13-ü saat 19-30-da Səbail rayonu Badamdar qəsəbəsindəki Heydər Əliyev Parkında Səbail Rayon İcra Hakimiyyəti və Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri QSC-nin birgə təşkilatçılığı ilə möhtəşəm bayram konserti təşkil olunacaq.

Trend-in məlumatına görə, Azərbaycan estradasının tanınmış ulduzlarının iştiraki ilə keçiriləcək konsertdə xalq mahnıları, dünya və Azərbaycan bəstəkarlarının əsərləri ifa olunacaq.

Tədbir möhtəşəm atəşfəşanlıqla başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti