...

Qurtuluş gününə həsr olunmuş layihə baş tutub (FOTO)

Mədəniyyət Materials 11 İyun 2018 14:22 (UTC +04:00)
Azərbaycan Televiziyasinin Milli Konservatoriya ilə birgə təşkil etdiyi Milli Qurtuluş gününə həsr olunmuş “Vətən nəğməsi" adlı layihə baş tutub.
Qurtuluş gününə həsr olunmuş layihə baş tutub (FOTO)

Bakı. Trend:

Azərbaycan Televiziyasinin Milli Konservatoriya ilə birgə təşkil etdiyi Milli Qurtuluş gününə həsr olunmuş “Vətən nəğməsi" adlı layihə baş tutub.

Trend-in məlumatına görə, layihənin ideya müəllifi Arif Alışanov, musiqi rəhbəri xalq artisti Siyavuş Kərimi, quruluşçu rejissoru əməkdar incəsənət xadimi Etibar Babayevdir. Əməkdar artist, vokalçı Ramil Qasımovun ifasında səslənən "Vətən nəğməsi"nin musiqisi mərhum Tofiq Quliyevə, sözləri Vaqif Nəsibə məxsusdur.

Layihədə Azərbaycan televiziyası və radiosunun Niyazi adına simfonik orkestri, Cahangir Cahangirov adına xoru, xalq artistləri Natiq Şirinovun rəhbərliyi ilə Natiq ritm qrupu, əməkdar artistlər Şirzad Fətəliyev, Ruslan Hüseynov, İsgəndər Ələsgərov iştrak ediblər.

Layihənin səs rejissoru Faiq Babayevdir. Layihədə Azərbaycanın tanınmış incəsənət xadimləri, Milli Konservatoriyanın professor-müəllim heyəti iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti