...

“Mirzə Şəfi Vazeh dövrünün Gəncə xalçaları” adlı rəsm müsabiqəsi keçiriləcək (FOTO)

Mədəniyyət Materials 23 İyul 2018 19:46 (UTC +04:00)
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Mərkəzləşdirlmiş Kitabxana Sisteminin əməkdaşları tərəfindən şəkil çəkmək bacarığı olan kiçikyaşlı oxucular üçün Azərbaycan Xalça Muzeyinə ekskursiya təşkil olunub.
“Mirzə Şəfi Vazeh dövrünün Gəncə xalçaları” adlı rəsm müsabiqəsi keçiriləcək (FOTO)

Bakı. Trend:

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Mərkəzləşdirlmiş Kitabxana Sisteminin əməkdaşları tərəfindən şəkil çəkmək bacarığı olan kiçikyaşlı oxucular üçün Azərbaycan Xalça Muzeyinə ekskursiya təşkil olunub.

İdarədən Trend-ə verilən məlumata görə, ekskursiya Mirzə Şəfi Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanasının uşaq şöbəsinin təşəbbüsü ilə reallaşdırılıb. Ekskursiyanın məqsədi uşaq və gənc oxucular arasında “Mirzə Şəfi Vazeh dövrünün Gəncə xalçaları” adlı rəsm müsabiqəsinə hazırlıq işləri aparmaq, uşaqları müxtəlif xalça nümunələri ilə tanış etməkdir.

Yasamal rayonunun gənc oxucuları çox böyük maraqla muzeydə təşkil olunmuş ekspozisiyalarla tanış olublar, xalçalarda olan sujetlərlə, naxışlarla maraqlanıblar, onlar xalçaların rənglərinə də xüsusi diqqət göstəriblər. Muzeydə xalçalar haqqında uşaqlara maraqlı və geniş məlumatlar verilib.

Azərbaycan Xalça Muzeyinə gələn oxucular çəkdikləri xalça şəkillərin Yasamal rayon Mərkəzi Kitabxanasında təşkil olunan müsabiqəyə təqdim edəcəklər.

Müsabiqəyə iyul ayının 27-də yekun vurulacaq.

Qaliblər kitabxananın Fəxri fərmanı ilə təltif olunacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti