...

Heydər Əliyev Mərkəzinin parkında “Muğam-caz” konserti olub (FOTO)

Mədəniyyət Materials 25 Avqust 2018 23:56 (UTC +04:00)
Heydər Əliyev Mərkəzinin parkında həftəsonu tədbirlər çərçivəsində növbəti konsert olub. Bu dəfə tamaşaçılara muğam-caz konserti təqdim edilib
Heydər Əliyev Mərkəzinin parkında “Muğam-caz” konserti olub (FOTO)

Bakı. Trend:

Heydər Əliyev Mərkəzinin parkında həftəsonu tədbirlər çərçivəsində növbəti konsert olub. Bu dəfə tamaşaçılara muğam-caz konserti təqdim edilib.

Xalq artistləri, xanəndələr Mənsum İbrahimov, Nəzakət Teymurova, Gülyanaq və Gülyaz Məmmədovalar, Teyyub Aslanov, Əməkdar artistlər, xanəndələr Qoçaq Əsgərov, Səbuhi İbayev, nəfəs alətləri ifaçısı Şirzad Fətəliyev, tarzən Sahib Paşazadə, pianoçu Emil Əfrasiyab, gənc muğam ifaçısı Rəvanə Qurbanova və digər ifaçılar tamaşaçılara müğamlar, “Leyli və Məcnun” operasından duet, muğam-caz kompozisiyaları səsləndirib.

Sonda konsertdə iştirak edən incəsənət ustalarının ifasında “Bura Azərbaycandır” mahnısı təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti