...

“Azərbaycan Xalq Cümhuriyyəti: 100 sual, 100 cavab” kitabı çapdan çıxıb

Mədəniyyət Materials 5 Sentyabr 2018 09:36 (UTC +04:00)
Azərbaycan Prezidenti yanında Bilik Fondu “Azərbaycan Xalq Cümhuriyyəti: 100 sual, 100 cavab” kitabını nəşr edib.
“Azərbaycan Xalq Cümhuriyyəti: 100 sual, 100 cavab” kitabı çapdan çıxıb

Bakı. Trend:

Azərbaycan Prezidenti yanında Bilik Fondu “Azərbaycan Xalq Cümhuriyyəti: 100 sual, 100 cavab” kitabını nəşr edib.

Fonddan Trend-ə verilən məlumata görə, nəfis tərtibatla çapdan buraxılmış kitab Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyi və 2018-ci ilin ölkədə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında sərəncamları ilə açılır.

Nəşrin tərtibçisi Bilik Fondunun ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdulla, elmi redaktoru Bakı Dövlət Universitetinin mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri, Azərbaycan Milli Elmlər Akademiyası Hüquq və İnsan Haqları İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru, professor Anar İsgəndərlidir.

“Mütərcim” Tərcümə və Nəşriyyat-Poliqrafiya Mərkəzində işıq üzü görən 152 səhifəlik kitabda AXC-nin tarixi, qurucuları, dövlət atributları, qəbul etdiyi qanun və qərarları, ən mühüm hadisələrin xronologiyası qısa şəkildə verilməklə yanaşı, ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Cümhuriyyət haqqında fikirləri də əksini tapıb.

Kitabın nüsxələri respublikamızın təhsil müəssisələrinə, mədəniyyət evlərinə, kitabxanalara, bilik evlərinə paylanılır.

Geniş oxucu auditoriyası, eləcə də Cümhuriyyət tarixi ilə maraqlananlar kitabın pdf variantı ilə Bilik Fondunun saytında tanış ola bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti