...

Marneulidə rənglər festivalı keçirildi (FOTO)

Mədəniyyət Materials 25 Sentyabr 2018 12:01 (UTC +04:00)
Gürcüstanın Marneuli bələdiyyəsində yerli gənclər üçün rənglər festivalı keçirilib.
Marneulidə rənglər festivalı keçirildi (FOTO)

Bakı. Trend:

Gürcüstanın Marneuli bələdiyyəsində yerli gənclər üçün rənglər festivalı keçirilib.

Trend-in məlumatına görə, Mədəniyyət evinin həyətində oraya gələn qonaqlar üçün müxtəlif əyləncə tədbirləri təşkil olunub.

Tədbiri əyləncəli aparıcı Ucma aparıb, tamaşaçı qarşısında “Rezo və uşaqlar”, "RED CARPET" qrupları və DJ "ZauRez" çıxış ediblər.

Festivalda Marneuli məktəblərinin pedaqoqları, şagirdlər, gənclər, Marneuli bələdiyyəsinin rəhbər şəxsləri və dəvətli qonaqlar iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti