...

Yalçın Rzazadənin yaradıcılığının 50 illiyi keçiriləcək (VİDEO)

Mədəniyyət Materials 10 Oktyabr 2018 22:29 (UTC +04:00)
Noyabrın 15-də Heydər Əliyev Sarayında Xalq artisti Yalçın Rzazadənin yaradıcılığının 50 illiyinə həsr olunmuş gecə keçiriləcək.
Yalçın Rzazadənin yaradıcılığının 50 illiyi keçiriləcək (VİDEO)

Bakı. Trend:

Noyabrın 15-də Heydər Əliyev Sarayında Xalq artisti Yalçın Rzazadənin yaradıcılığının 50 illiyinə həsr olunmuş gecə keçiriləcək.

Trend-in məlumatına görə, konsert proqramında Respublikanın xalq artistləri Brilliant Dadaşova, Mübariz Tağıyev, Azər Zeynalov, Samir Cəfərov, Zülfiyyə Xanbabayeva, Nazpəri Dostəliyeva, Natavan Şeyxova, Gülyaz və Gülyanaq Məmmədovalar, əməkdar artistlər Tünzalə Ağayeva, Lalə Məmmədova, Abbas Bağırov, Nüşabə Ələsgərli, Rəşad İlyasov, Röya, Mətanət İsgəndərli, Manana, tanınmış müğənnilər Nadir Qafarzadə, İlqar Xəyal, Ayaz Qasımov, Aygün Kərimova, İntiqam Kərimov, tələbələri Aytac Şahmarqızı Nigar Şakirqızı, Can və başqaları iştirak edəcəklər. Konsertdə Yalçın Rzazadənin musiqisevərlər arasında sevilən və tanınan “Bakı sabahın xeyir”, “Azərbaycan”, “Anam qocalır”, “Bu gecə”, “Durnalar”, “Gün keçdi”, “Həsrətindəyəm”, “Səni axtarıram” və digər mahnıları səsləndiriləcək.

Saat 19:00-da başlayacaq konsertin biletlərinin qiyməti 10-50 manat təşkil edir. Biletləri Heydər Əliyev Sarayının kassasından, şəhərin kassalarından,www.iticket.az saytından onlayn və ASAN xidmət mərkəzlərindən, Gənclik və 28 Mall ticarət mərkəzlərindəki kassalardan əldə edə bilərsiniz.

Əlaqə telefonları: (012) 441-21-31, (050) 332-36-30

Məqalədə:
Xəbər lenti

Xəbər lenti