...

Arif Məlikovun mahnılarından ibarət konsert olacaq

Mədəniyyət Materials 13 Oktyabr 2018 15:41 (UTC +04:00)
Oktyabrın 31-də Heydər Əliyev Sarayında görkəmli bəstəkar, SSRİ-nin xalq artisti Arif Məlikovun mahnılardan ibarət konsert proqramı keçiriləcək.
Arif Məlikovun mahnılarından ibarət konsert olacaq

Bakı. Trend:

Oktyabrın 31-də Heydər Əliyev Sarayında görkəmli bəstəkar, SSRİ-nin xalq artisti Arif Məlikovun mahnılardan ibarət konsert proqramı keçiriləcək.

Trend-in məlumatına görə, konsertdə xalq artistləri Brilliant Dadaşova, Samir Cəfərov, Gülyanaq Məmmədova, əməkdar artistlər Ramil Qasımov, Tünzalə Ağayeva, Teymur Əmrah, Abbas Bağırov, Lalə Məmmədova, Zakir Əliyev, İnara Babayeva, Ehtiram Hüseynov, Afaq Abbasova, Xəyyam Mustafazadə, tanınmış müğənnilər Nadir Qafarzadə, Taleh Yahyayev, Zamiq Hüseynov, Fərid Əliyev, Səbinə Ərəbli, Sərxan Bünyatzadə, Aytən Məhərrəmova, Aqil Rzayev, Kamilə Nəbiyeva, Nisbət Sədrayeva, Nigar Şabanova, Emiliya Yaqubova və başqaları iştirak edəcəklər. İfaçıları Azərbaycan Televiziya və Radiosunun Tofiq Əhmədov adına Estrada Simfonik orkestri və “Qaytağı” instrumental ansamblı müşaiyət edəcək.

Konsertdə Arif Məlikovun unudulmaz və təkrarsız bəstələri “Azərbaycan”, “Güllərim”, “Dənizdə ay çiməndə”, “Gözlərimin dünyası”, “Gəl bizim dağlara”, “İnandım”, “Sən Əslisən, mən Kərəm”, “Şirin qızım”, “Qonaq gəl bizə”, “Dənizə baxıram”, Günəş ürəkli” və digər mahnıları səsləndiriləcək.

Qeyd edək ki, musiqinin ən müxtəlif janrlarında bəstələri olan Arif Məlikovun baletləri, kantataları, operettaları, müxtəlif janrlı kamera - instrumental əsərləri, xalq çalğı alətləri orkestri üçün süitaları, romans və mahnıları, film və tamaşalara musiqiləri ilə milli musiqi xəzinəmizi zənginləşdirib.

Saat 19:00-da başlayacaq konsertin biletlərinin qiyməti 10-50 manat təşkil edir. Biletləri Heydər Əliyev Sarayının kassasından, şəhərin kassalarından, www.iticket.az saytından onlayn və ASAN xidmət mərkəzlərindən, Gənclik və 28 Mall ticarət mərkəzlərindəki kassalardan əldə edə bilərsiniz.

Əlaqə telefonları: (012) 441-21-31, (050) 332-36-30

İnformasiya dəstəyi – Trend.az, Day.az, Milli.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti