...

Baş İdarə Beynəlxalq Əlillər günü ilə əlaqədar konsert keçirib (FOTO)

Mədəniyyət Materials 4 Dekabr 2018 22:18 (UTC +04:00)
Respublika xüsusi internat məktəbində Beynəlxalq Əlillər günü ilə əlaqədar konsert keçirilib.
Baş İdarə Beynəlxalq Əlillər günü ilə əlaqədar konsert keçirib (FOTO)

Bakı. Trend:

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Sağlamlıq imkanları məhdud valideyn himayəsindən məhrum olunmuş uşaqlar üçün 4 nömrəli Respublika xüsusi internat məktəbində Beynəlxalq Əlillər günü ilə əlaqədar konsert keçirilib.

Trend-in məlumatına görə, tədbirin aparıcısı Humay Muxtarova bu günün tarixindən danışaraq bildirib ki, əlil vətəndaşlara və xüsusilə də əlil uşaqlara diqqət və qayğı göstərmək cəmiyyətimizin hər bir üzvünün borcudur.

Daha sonra tanınmış müğənni Roza Zərgərlinin ifası uşaqlara xoş anlar yaşadıb. Həmçinin, uşaqlar üçün əyləncəli oyunlar təşkil edilib və hədiyyələr təqdim olunub.

Sonda məktəbin direktoru Vəfa Zeynalova tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirib.

Qeyd edək ki, Beynəlxalq Əlillər Günü 1992-ci il dekabrın 3-dən təsis olunub. Bu günün məqsədi cəmiyyəti əlillik problemlərinin həllinə cəlb etmək, əlilliyi olan bütün insanların hüquqlarını qorumaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti