...

Görkəmli şair Səməd Mənsurun 140 illiyi qeyd olunacaq

Mədəniyyət Materials 30 Yanvar 2019 10:38 (UTC +04:00)
Mədəniyyət Nazirliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə görkəmli Azərbaycan şairi Səməd Mənsurun 140 illiyinə həsr olunmuş “Həpsi rəngdir” adlı ədəbi-bədii tədbir keçiriləcək.
Görkəmli şair Səməd Mənsurun 140 illiyi qeyd olunacaq

Bakı. Trend:

Mədəniyyət Nazirliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə görkəmli Azərbaycan şairi Səməd Mənsurun 140 illiyinə həsr olunmuş “Həpsi rəngdir” adlı ədəbi-bədii tədbir keçiriləcək.

Trend-in məlumatına görə, tədbir 31 yanvar 2019-cu il tarixində saat 17:00-da Bakı şəhərinin Əmircan qəsəbəsində yerləşən Mədəniyyət Evində baş tutacaq.

Tədbirdə Səməd Mənsurun şeirləri səsləndiriləcək, incəsənət ustalarının ifasında şairin sözlərinə bəstələnmiş mahnılar ifa ediləcək.

Tədbir çərçivəsində, həmçinin Azərbaycan Milli Kitabxanasının nəşr etdirdiyi “Səməd Mənsur. Biblioqrafiya”, Yadigar Əsgərova “Səməd Mənsur. Həyatı və yaradıcılığı” və Türkiyədə çap olunan Nizami Cəfərov “Samed Mansurun şiiri” kitablarının təqdimatı keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti