...

Bakıda BMT Mədəniyyət Parkı yaradılacaq

Mədəniyyət Materials 12 Fevral 2019 23:38 (UTC +04:00)
Art Villa rəsm qalereyasında "H.E.Art” layihəsi çərçivəsində BMT Mədəniyyət Parkının yaradılması üçün hazırlığa başlanılıb.
Bakıda BMT Mədəniyyət Parkı yaradılacaq

Bakı. Trend:

Art Villa rəsm qalereyasında "H.E.Art” layihəsi çərçivəsində BMT Mədəniyyət Parkının yaradılması üçün hazırlığa başlanılıb.

Trend-in məlumatına görə, BMT-nin yerli nümayəndəliyi və “Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının birgə təşəbbüsü ilə yaradılan parkda rəssamlar Dayanıqlı İnkişaf Məqsədləri mövzusunda çəlləklər üzərində rəsm əsərləri çəkəcək və yaşıllıq guşələri yaradacaqlar.

Dayanıqlı İnkişaf Məqsədləri yoxsulluğun bütün formalarına son qoymaq, bərabərsizliklərə qarşı tədbirlər görmək və iqlim dəyişikliyi ilə mübarizə aparmaq məqsədilə Birləşmiş Millətlər Təşkilatı tərəfindən 2015-ci ildə qəbul edilib.

Parkın açılışdan öncə yanvar-mart ayları ərzində “Workshop” formatında yaradıcılıq tədbirlərinin keçirilir. Təşəbbüsü təşkilatçı tərəflərlə yanaşı, Azərbaycan Mədəniyyət Nazirliyi dəstəkləyir.

Yerli sakinlər və xarici qonaqların istifadəsinə açıq parkda Azərbaycan dövlətinin dünya ölkələri ilə olan dostluğunu əks etdirmək üçün müxtəlif səfir və nümayəndələr tərəfindən ağaclar əkiləcək. Parkda incəsənət nümunələrinin yerləşdirilməsi ilə yanaşı çoxsaylı mədəniyyət tədbirlərinin keçirilməsi üçün bir məkan kimi istifadə olunması nəzərdə tutulur.

Qeyd edək ki, HEART, Arts Council Azerbaijan təşkilatının neft çəlləklərinin istifadədən sonrakı emalına töhfə vermək məqsədi ilə yaratdığı ekoloji layihədir.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti