...

Mateo Umberto Poli YARAT-da "Dizayn metodologiyası. Yerlərdə tədqiqat" mövzusuna dair mühazirə keçirəcək

Mədəniyyət Materials 29 Mart 2019 16:48 (UTC +04:00)
Niyə memarların öz "fil sümüyündən hazırlanmış qalalarından" çıxmasının zamanı artıq yetişib?
Mateo Umberto Poli YARAT-da "Dizayn metodologiyası. Yerlərdə tədqiqat" mövzusuna dair mühazirə keçirəcək

Bakı. Trend:

4 aprel tarixində, "AOUMM" memarlıq şirkətini təmsil edən italyan memarı Mateo Umberto Poli, YARAT Müasir İncəsənət Mərkəzində "Dizayn metodologiyası. Yerlərdə tədqiqat" mövzusuna dair mühazirə keçirəcək.

YARAT-dan Trend-ə verilən məlumata görə, "Niyə memarların öz "fil sümüyündən hazırlanmış qalalarından" çıxmasının zamanı artıq yetişib?" - mühazirənin əsas mövzusu məhz belə səslənəcək və "AOUMM" şirkətinin təcrübəsindən aktual nümunələri ilə bədii formada təqdim ediləcək.

Müzakirə ediləcək metodlara xidmətlərin yekun istehlakçılarının (QHT, rəssamlar və digər maraqlı tərəflər daxil olmaqla) dizayn üzərində işlərə cəlb edilməsi, həmçinin, tikinti prosesində iştirak edən şəxslər ilə maksimal informasiya mübadiləsi (ustad dərslər və s.) daxildir.

Mühazirə "AOUMM" şirkətinin konkret nümunələri və layihələrinin (Venesiya Memarlıq Biennalesi üçün yaradılmış mərmər heykəltəraşlıq ansamblı, Lesotoda internat və "süni günəşin" yaradılması) öyrənilməsi ilə yanaşı, müasir dizayner metodikalarının araşdırılmasını əhatə edəcək. Mühazirənin ikinci, didaktik hissəsi, böyük inkişaf potensialına malik urbanistik mühitin əhəmiyyətli elementi kimi, yol infrastrukturuna həsr ediləcək. Mateo Poli iddia edir ki, yolların dizaynı, ona qoyulmuş nəhəng potensiala baxmayaraq, adətən, haqsız olaraq diqqətdən kənarda qalan bir sahədir.

Mateo Poli, peşəkar fəaliyyəti Milanın "AOUMM" şirkəti ilə bağlı olan, geniş təcrübəyə malik mütəxəssisdir. O, həmçinin öz vaxtının əksər hissəsini Milan Politexnik İnstitutunda (Politecnico di Milano) tədqiqat fəaliyyətlərinə və landşaft dizaynının tədrisinə sərf edir. Mateo dizayn üzrə məsləhətçi kimi zəngin beynəlxalq təcrübəyə, həmçinin, memarlıq, urbanistik mühitin dəyişikliyi və şəhər landşaftına dair layihələrdə iştirak təcrübəsinə malikdir. 10 il ərzində, o, dünyaca məşhur memar Rem Kolhasın başçılıq etdiyi "OMA" şirkətində komanda rəhbəri və məsləhətçi kimi işləyib. O, həmçinin "YouBuild" italyan memarlıq jurnalının elmi komitəsinin üzvüdür. Əvvəllər "Domus" jurnalının redaktoru və "Abitare" jurnalının xüsusi müxbiri işləyib. "AOUMM" şirkəti, qaçqınlar üçün düşərgələrdən, elmi araşdırmalara qədər, bank layihələrindən, beynəlxalq səviyyəli sərgilərə qədər ən müxtəlif miqyaslı və coğrafi lokalizasiyalı layihələr üzərində işləyir. "AOUMM" şirkəti 14-cü Venesiya Memarlıq Biennalesi və "Uşaqları Xilas edin" (Save the Children) Qeyri-Hökumət Təşkilatının pavilyonu çərçivəsində "Expo 2015" forumunun iştirakçısı olub.

Bu mühazirə, YARAT Müasir İncəsənət Mərkəzi ilə birgə əməkdaşlıq çərçivəsində, "Cobalt" arxitektura və dizayn şirkətinin nümayəndəliyi tərəfindən təşkil edilib. Mateo Polin mühazirəsi, hər rüb keçiriləcək mühazirələr silsiləsinin birincisi olacaq. Bu mühazirələr silsiləsi, memarlıq və urbanistika sahəsində ən son nailiyyətlər haqqında dinləyicilərə məlumat vermək üçün nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti