...

Nardaranda “Doğma diyar” adlı konsert keçirilib (FOTO)

Mədəniyyət Materials 3 Aprel 2019 05:44 (UTC +04:00)
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Nardaran qəsəbə Mədəniyyət Mərkəzində “Doğma diyar” adlı konserti təqdim edilib.
Nardaranda “Doğma diyar” adlı konsert keçirilib (FOTO)

Bakı. Trend:

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Nardaran qəsəbə Mədəniyyət Mərkəzində müğənni Cəvahir Abdulovanın “Doğma diyar” adlı konserti təqdim edilib.

İdarədən Trend-ə verilən məlumata görə, konsert zamanı Cəvahir Abdulovanın rəngarəng musiqi nömrələri ilə çıxışı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Konsertdə həmçinin “Süvar” ləzgi xalq mahnı və rəqs ansamblı, rəqassə Kəmalə Səfərəliyeva da çıxış ediblər.

Sonda Nardaran qəsəbə Mədəniyyət Mərkəzinin direktoru Asif Qurbanov konsert iştirakçılarına təşəkkürnamələr təqdim edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti