...

Beynəlxalq Muğam Mərkəzində caz musiqisinə həsr olunmuş konsert keçirilib

Mədəniyyət Materials 25 May 2019 02:17 (UTC +04:00)
Beynəlxalq Muğam Mərkəzində “Yeni nəsil dəvət edir” layihəsi çərçivəsində növbəti konsert caz musiqisinə həsr olunmuşdu
Beynəlxalq Muğam Mərkəzində caz musiqisinə həsr olunmuş konsert keçirilib

Bakı. Trend:

Beynəlxalq Muğam Mərkəzi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə “Yeni nəsil dəvət edir” layihəsi çərçivəsində növbəti konsert caz musiqisinə həsr olunmuşdu.

Trend-in məlumatına görə, “Faraonun yolu” adlı konsertdə gənc caz ifaçıları bir-birindən maraqlı ifalar təqdim etdilər. Dünyaca məşhur caz ustaları Tom Coster, Marcus Miller, Jesus Molina və digərlərinin repertuarından olan kompozisiyalar gənc caz ifaçıların təqdimatında özünəməxsus üslubda ifa edildi.

Beynəlxalq Muğam Mərkəzin səhnəsində əsl caz ab-havası yaradan Nicat Mənsimov(balaban), Aydın Zeydullayev(saksafon), Afşin Əlizadə(piano), Nicat Paşazadə(bas-gitar) , Həsən Bilalov və digər cazmenlər Azərbaycanlı bəstəkar Adil Bəbirovun da yaradıcılığına müraciət etdilər.

Konsertdə ənənəvi, etno-caz, latino üslubda təqdim edilən hər bir çıxış böyük alqışlarla qarşılandı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti