“YARAT”da Taus Maxaçevanın “Şarivari” və Zadi Çanın "Maqohalmi övladı və yaradılış sədası" sərgiləri açıldı (FOTO)

“YARAT”da Taus Maxaçevanın “Şarivari” və Zadi Çanın "Maqohalmi övladı və yaradılış sədası" sərgiləri açıldı (FOTO)

Bakı. Trend:

İyulun 11-də “YARAT” Müasir İncəsənət Mərkəzində çoxprofilli rəssam Taus Maxaçevanın “Şarivari” və Koreya-kanadalı rəssam Zadi Çanın "Maqohalmi övladı və yaradılış sədası" adlı fərdi sərgisinə jurnalistlər üçün press-tur təşkil edilib və sərgiləri təqdim olunub.

Trend-in məlumatına görə, hər iki sərgi haqqında geniş məlumat verilib.

Bildirilib ki, geniş yaradıcılıq təcrübəsinə performans, film, qida məhsulların və obyektlərin daxil olduğu rəssam, bu dəfə interaktiv multimedia instalyasiyasını təqdim edir. İnstalyasiya ümumilikdə SSRİ sirkinin ənənələrinə, ələlxüsus Bakı Dövlət Sirkinin tarixinə həsr olunmuş, yenicə təqdim edilmiş əsərlər vasitəsilə Qafqazın müasirliyini araşdırır.

Memar Mariya Serova, yazıçı Aleksandr Sneqiryov və geyim üzrə rəssam Panika Derevya ilə birgə əməkdaşlıq çərçivəsində hazırlanmış monumental, çoxlaylı instalyasiyaya mərkəzi heykəltəraşlıq elementi də daxildir. Bu element sərgi müddətində genişləndiriləcək və nizamsız, daim inkişaf edən “şarivari” sirk ruhunu vurğulayacaq. Aparıcı əyləncə növü olmasına baxmayaraq, Sovet sirki nisbətən senzurasız mühit təqdim edirdi. Burada cəsarətli və hünərli bəyanatlar vizual və fiziki dil vasitəsilə ifadə edilirdi. Faktlar və uydurma vasitəsilə, bu instalyasiya sovet dövründən postsovet paradiqmasına keçid dövrü, habelə post-postsovet dövrünün bir neçə gələcəyinə qədər, ənənələr, müasirlik və mədəni autentiklik (əsillik) arasında daim dəyişən münasibətləri aşkara çıxarır.

“Şarivari” termini, spesifik sirk hərəkətinə – sinxron şəkildə təqdim edilən çoxjanrlı fərdi və qrup çıxışlarından ibarət kütləvi sirk tamaşasına istinad edir. Hər bir hərəkət və ritm get-gedə sürətlənir və tamaşanın texniki mürəkkəbliyi də artır; sanki, artistlər bir-birləri ilə rəqabət aparır, öz istedadları və məharətlərini, bacarıqlarını, cəsarətlərini və xarakterlərini nümayiş etdirirlər. Çıxışın sonunda, manej, havada süzən və salto vuran obrazlarla dolu olur.

Taus Maxaçevanın Azərbaycan Milli Arxivinə, filmlər və fotoşəkillərə əsaslanan instalyasiyası, xaotik, xəyali sirk mühitini yaradır və bura qeyri-adi, qəribə məxluqlarla doludur: danışan at, sintetik ayılar, şirin cəhəngində gimnast, gimnastın içində isə qoyun, güclü qadın-mühasib, gümüşü plaşlı milçək bunlardan sadəcə bir neçəsidir. Tamaşaçıya sirk arenasında doğuş prosesinin şahidi olmaq, qeyri-adi insan-heyvan piramidasının neçə qurulmasını seyr etmək, VR (virtual reallıq) sirk dəbilqəsini sınamaq və bir çox digər fantastik təcrübələrdə iştirak etmək imkanı təklif olunur. Rəssam, məzhəkəli və çox vaxt da ziddiyyətli sosial-siyası fikirlər kimi səslənən, uzaq keçmişə və yaxın gələcəyə dair bu hekayələr müasir dövrün gerçək sirkini şərh edir.

Sərginin kuratoru Suad Qarayeva-Malekidir.

Sonra media təmsilçiləri Zadi Çanın fərdi sərgisi haqqında məlumatlandırılıb. Qeyd edilib ki, Böyük yeni multimedia layihəsini təqdim edən Zadi Ça atmosfer işıqlandırması, hərtərəfli səs sistemi, iriölçülü videoproyeksiyalar, heykəllər və kostyumlar vasitəsilə seyrçiləri cəlbedici dünyaya dəvət edərək sualtı dəniz mühiti yaradır. Bu əsər “Art Night”, London (22 iyun), “Tramway”, Qlazqo (26 oktyabr – 16 dekabr) və “De La Warr Pavilion”, Bekshill-on-Si (1 fevral – 4 may 2020-ci il) birgə əməkdaşlıq çərçivəsində keçirilir.

Zadi Ça YARAT Mərkəzində, diaspor biliyini gerçəkliyə çevirərək, təsəvvürlərdə olan və öyrənilən Koreya folklorunu bir araya toplayır. Öz cəlbedici dünyası daxilində o, nəhəng ana tanrı Maqo (Maqohalmi) üzərində qurulmuş, Koreya əfsanələrindən ilhamlanan yaradılış hekayəsini təqdim edir. Kainatın yaradılışı zamanı məsuliyyətlərin kişi və qadın arasında bölgüsünə əsaslanan matrilineal sosial strukturlar vasitəsilə qədim əcdadlar haqqında geniş bilik və məlumatların ötürülməsini müəyyən edən, bu işdə zaman keçdikdə ilahələrin mərkəzi statusundan marginallığa doğru bir-birlərini əvəzləmələri müşahidə olunur.

O, öz təcrübəsində bilinməyəni kəşf etmək üçün su və dəniz ekologiyasından metafora kimi istifadə etməklə yanaşı, Kanadanın qərb sahilində boya-başa çatdığı vətəninin mücərrəd obrazlarına da istinad edir. Rəssam çox zaman fantastik sualtı aləmi yaradaraq, bu sərgidə iriölçülü, okeanın hərtərəfli səs sisteminə malik videoproyeksiya və qatil balina sürüsünü (bu element heykəllər silsiləsində də istifadə olunur) nümayiş etdirir.

Sərginin son elementi rəssam tərəfindən ilk dəfə “Art Night 2019” və 58-ci Venesiya Biennalesində istifadə edilmiş, hazırda isə YARAT-da heykəllərin üzərində təqdim edilən kostyum və maskalardan ibarətdir. Bu əsəri, ictimai proqram çərçivəsində Çanın iştirakı ilə seçilmiş, yaradıcılıq fəaliyyətinə yeni başlamış yerli rəssamların performansları tamamlayır.

Sərginin kuratorları “Art Night”-ın bədii rəhbəri Helen Nisbet və kurator assistenti Emi Baddır. Performans proqramının kuratoru Anna Fexdir.

Zadi Ça müxtəlif mədəniyyətlərin öz identikliyini və özü haqqında təsəvvürləri necə bəyan etmələrini müəyyən etmək məqsədilə, canlı performans, video, rəsm və parçalardan istifadə edir. Rəssamın çoxlaylı kostyum əsərləri - musiqi, rəqəmsal məkan, moda və incəsənət tarixindən qaynaqlanan, bədii obrazları özündə birləşdirən özəl mədəniyyət tarixini araşdırmaq üçün obyektlərdir. Rəssam adətən fantastik və fövqəltəbii reallıqlarda yer alan, Asiya haqqında təfərrüatlı identiklik hekayələrinin ifadə edilməsi üçün fərdi vizual dil yaradaraq, tamamilə yeni obrazlar və obyektlər təklif edən fərdi simvollar sistemini işləyib hazırlamışdır.

Zadi Ça (d.1983, Vankuver) hazırda Londonda yaşayır və fəaliyyət göstərir. O, Vankuverdə Emili Karr İncəsənət və Dizayn İnstitutunu bakalavr (2007) və London Kral İncəsənət Kollecini “Rəngkarlıq” üzrə magistr (2014) dərəcəsi ilə bitirib. Ən son fərdi sərgiləri: “Soju Sipping on a Sojourn to Saturn”, Aqustina Ferreyra Gallery, Mexiko (2018), HOMEBOY 3030: Return the Tiger 2 the Mountain, Union Pacific, London (2018) və “The Conch, Sea Urchin and Brass Bell” (kurator Mette Kjærgaard Præst), Pump House, London (2017). Qrup sərgiləri: “Body Armor” (kurator Jocelyn Miller), MoMA PS1, Nyu-York (2018), “Paradise”, Night Gallery, Los-Anceles (2018) və “Four Pillar”, L’inconnue, Monreal (2018). Rəssam, həmçinin Palais de Tokyo, Heyvard Gallery, Serpentine Gallery, Block Universe və Böyük Britaniyada yerləşən Koreya Mədəniyyət Mərkəzi də daxil olmaqla beynəlxalq qalereya və festivallarda əsərlərini nümayiş etdirmişdir.

Sərginin kuratorları “Art Night”ın bədii rəhbəri Helen Nisbet və kurator assistenti Emi Baddır. Performans proqramının kuratoru Anna Fexdir.

Hər iki sərgi sentyabrın 29-dək ziyarətçilər üçün açıq qalacaq.

Haaqada Xocalı abidəsinin yeri dəyişdirilib və ətrafı abadlaşdırılıb
Haaqada Xocalı abidəsinin yeri dəyişdirilib və ətrafı abadlaşdırılıb
Könül Nurullayeva Avropa mətbuatında dünya ictimaiyyətinin diqqətini ermənilərin soydaşlarımıza qarşı nifrət zəminində törətdiyi cinayətlərə yönəldib
Könül Nurullayeva Avropa mətbuatında dünya ictimaiyyətinin diqqətini ermənilərin soydaşlarımıza qarşı nifrət zəminində törətdiyi cinayətlərə yönəldib
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yayıb
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yayıb
Loading Bars
Xəbər lenti
Milli Məclisin sabahkı iclasının gündəliyi açıqlandı
Premium markalı yanacağın qiyməti qalxdı - SƏBƏB
Türkiyədə virusun suda insandan-insana keçməsinin qarşısını almaq məqsədilə qadağalar tətbiq olunur
Donald Trampın seçki qərargahı Nevada ştat rəhbərliyini məhkəməyə verib
Maskotlar vətəndaşları məlumatlandıracaq (FOTO)
Şotlandiyanın iri şəhərində yenidən sərt karantin rejimi tətbiq edilib
“Porsche” 400-dən çox avtomobili geri çağırır
Azərbaycan səfiri İtaliya mətbuatında erməni yalanlarını ifşa edib
ABŞ-da son sutkada 57 mindən çox yoluxma qeydə alınıb
Avqustun 6-da dolların manata qarşı məzənnəsi
“TurAz Qartalı - 2020” təlimlərinə döyüş helikopterləri də cəlb edilib (FOTO/VİDEO)
Hövsanda xüsusi oksigen generatoru olan modul tipli xəstəxana istifadəyə verildi (FOTO)
Baş Prokurorluq vəzifəli şəxslərin qanunsuz əməlləri barədə statistikanı açıqlayıb
Rusiyada koronavirusun ikinci dalğasının başlayacağı vaxt proqnozlaşdırılıb
Dövlət qulluğuna qəbul üçün müsahibə elan edilib
Dr. Səttar Yaqubov: Koronovirusla mübarizə aparan Mərkəzi Gömrük Hospitalının tibb personalının sağlamlığının qorunması bizim əsas vəzifə borcumuzdur
Banqladeşdə sərnişin qayığı batıb - 17 ölü
Bakıdakı COVİD-19 xəstəxanalarında doluluq səviyyəsi 30-35 faizə enib - TƏBİB
Qəbələdə çayların yaxınlığına atılan tullantıya görə bələdiyyə sədri cərimələndi
PAŞA Sığortadan könüllü əmlak sığortasını hissəvi ödənişlə əldə etmək imkanı!
Ramin Bayramlı: Ölkəmizdəki tibbi personalın sayı yetərlidir
Eyfel qülləsinin işıqları Livan üçün söndürüləcək
Şamaxıda Antik dövrə aid nekropol aşkar olunub (FOTO)
Azad Rəhimov: Çox istərdik ki, idman kompleksləri yenidən idman fəaliyyətinə qayıtsın
İnzibati Xətalar Məcəlləsində dəyişiklik təsdiq edildi
Xudatda xüsusi karantin rejimini pozanlar cərimələniblər (FOTO)
AQTA 78 obyektdə qayda pozuntusu aşkarladı
Azərbaycanda daha 193 nəfər koronavirusa yoluxdu, 492 nəfər sağaldı, 3 nəfər öldü
Kalmıkiyanın rəhbəri koronavirusa yoluxub
1000-dən çox ASAN könüllüsü çimərliklərdə vətəndaşların xidmətindədir
Ramin Bayramlı koronavirusun payız aylarında yarada biləcəyi problemlərdən danışdı
DSX: Külli miqdarda narkotik vasitənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb (FOTO)
Prezident İlham Əliyev Livanın dövlət başçısına başsağlığı verib
Ramin Bayramlı: Azərbaycanda koronavirusla bağlı 5 modul xəstəxanadan istifadə olunur
Ramin Bayramlı: COVİD-19 xəstələri üçün ayrılmış xəstəxanaların sayı 46-ya çatdırılıb
İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi dəyişdirilir
Abşeron Olimpiya İdman Kompleksi müvəqqəti olaraq modul xəstəxanaya çevrildi (FOTO)
uBankdan yeni imkan: Sizə “Contact” ilə göndərilən pulu banka getmədən alın!
Livanda partlayış nəticəsində Niderland səfirinin həyat yoldaşı ağır yaralanıb
Təhsil Nazirliyindən yeni dərs ili ilə bağlı AÇIQLAMA
Azərbaycan-Türkiyə birgə genişmiqyaslı taktiki təlimlərinin növbəti mərhələsi icra olunub (FOTO/VİDEO)
Bu ilin birinci yarımilində 13 min 310 cinayət qeydə alınıb (FOTO/VİDEO)
Vaqif Mustafayev: İnsanlar karantinin yumşaldılmasını arzuladıqları kimi, sağ qalmalarını da istəməlidirlər
Bakıda onlayn yolla narkotik vasitələrin alqı-satqısını həyata keçirən şəxs saxlanılıb (FOTO/VİDEO)
Karantinin yumşaldılmasından sonra əhali çimərliklərə üz tutur - Pirşağı çimərliyindən FOTOREPORTAJ
Baş Prokurorluq generalın oğluna yüksək vəzifə verilməsi ilə bağlı məlumatlara aydınlıq gətirib
Naqif Həmzəyev: Meşə tipli parkın salınması gələcək nəslə töhfədir
AQTA sədrinə yeni müavin təyin olunub
KOBİA ölkə regionlarına xarici investisiyaların cəlb olunmasına dəstək göstərir (FOTO)
İranda daha 2697 nәfәr koronavirusa yoluxub, 185 nәfәr ölüb
Piter Teys: Ermənistanda Soros Fondunun mənzil-qərargahının açılması Qafqaz regionu üçün real təhdiddir
Abşeron dairəvi dəmir yolu xətti üzrə ən çox sərnişin fevralda daşınıb - RƏSMİ
İsrail qəzeti Azərbaycan cəmiyyətində tolerantlıq və multikulturalizm ənənələrindən yazıb
Koronavirusla mübarizədə iştirak edən tibb və qeyri-tibb işçilərinə iyun üzrə 18 milyon manat müddətli əlavə ödənilib
Evi tərk edən 10 koronavirus xəstəsi məsuliyyətə cəlb edilib (FOTO)
Alimlər İngiltərədə daha güclü ikinci COVID dalğası barədə xəbərdarlıq edirlər
Baş Prokurorluğun struktur qurumlarının sayı 15-dən 18-ə çatdırılıb (FOTO)
Qoşunlarda yay tədris dövrü başlayıb (FOTO)
Sabah Bakıda 30, rayonlarda 35 dərəcə isti olacaq
Haaqada Xocalı abidəsinin yeri dəyişdirilib və ətrafı abadlaşdırılıb
Baş Prokurorluqda geniş əməliyyat müşavirəsi keçirilib
Sərt karantinin tətbiq edildiyi şəhər və rayonlarda məhkəmələrin keçirilməsi qaydaları açıqlanıb
Azərbaycan nefti bahalaşır
Sosial təminat və müdafiə ilə bağlı xərclərə dəyişiklik təsdiq edildi
“Daha Yaxşı Dünya Üçün” Beynəlxalq Gənclər Konfransı keçiriləcək
“AccessBank”ın debit kartları 50% endirimlə!
AQTA koronavirusla bağlı ictimai iaşə müəssisələrinə çağırış etdi - FOTO
54.8 milyon manatlıq saxta və əsassız pensiya işləri ləğv edilib - Nazir
Sahil Babayev: Bu il əhaliyə ödənişlər ötən illə müqayisədə 450 milyon manat artıq olub
İqtisadiyyat Nazirliyi koronavirusla əlaqədar bəzi dərmanların qiymətinin artmasına münasibət bildirib (ÖZƏL)
Siyavuş Novruzov "Milli Şura"dan danışdı: Onlar insanların taleyini düşünmür
Ağdaşda qaydaları pozan 17 velosipedçi cərimə olunub
SOCAR pandemiyaya görə işsiz qalan əməkdaşlarını intensiv təlimlərə cəlb etməyə başlayıb
FHN çimərliklərdən istifadəyə dair əhaliyə müraciət etdi (VİDEO)
2020-ci il dövlət büdcəsinə dəyişiklik birinci oxunuşda qəbul edildi
Rusiyada hərbi təlimlər zamanı körpü çökdü - Onlarla yaralı var
Milli Məclisdə məktəblərlə bağlı məsələ müzakirə olunub
Komitə sədri: Dövlət tərəfindən insanların sosial vəziyyətinin yaxşılaşdırılması üçün kifayət qədər işlər görülüb
Hannoverdə Azərbaycan ordusuna dəstək mitinqi keçirilib
Abşeron rayonunda 23 küçə və yol təmir edilir (FOTO)
Rusiyada son sutkada 139 nəfər koronavirusun qurbanı olub
Samir Şərifov: Dövlət Neft Fondunun gəlirlərinin də azalması proqnozlaşdırlır
Bu şəxslərə 250 manat birdəfəlik yardım veriləcək - RƏSMİ
Büdcə gəlirlərində ümumi azalmalar 890 milyon manat məbləğində dəyərləndirilir - Nazir
Gəncədə karantin rejimini pozan çayxanalar aşkarlanıb (FOTO)
Növbəti 6 ay ərzində neftin qiymətinin 35 dollar həcmində olması proqnozlaşdırılır - Nazir
Sahibkarlığın İnkişaf Fondu və Bank Respublika subsidiyalı kreditlərin verilməsinə start verib
Samir Şərifov: 6 ayın nəticələrinə əsasən dövlət büdcəsinin xərcləri 107 milyon manat artıq icra olunub
Bakıda evdən 1 milyon manatlıq oğurluq olub
Yasamalda avtomobil yollarının yenidən qurulmasına 2,65 milyon manat ayrılıb
Komitə sədri: Son iki ayın təhlilləri göstərir ki, kifayət qədər ehtiyatlı olmalıyıq
Çimərlik mövsümünün ilk günündən FOTOREPORTAJ
ADU-nun Konfutsi İnstitutu "Koronavirus pandemiyasının psixoloji çağırışları" müsabiqəsi keçirir
Milli Məclisdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib (ƏLAVƏ OLUNUB) (FOTO)
Zaqatalada qadının çantasından qızıl və pul oğurlayan şəxs saxlanılıb
Ermənistanda daha 288 nəfər koronavirusa yoluxub
Avstraliyada ştatlar arasında sərhədlər bağlanır
Livanda partlayışda həlak olanların sayı 100 nəfəri keçib
DİM qəbul imtahanının ikinci mərhələsinə hazırlaşanlara müraciət edib
Bu gün pandemiya ilə əlaqədar yarımçıq dayandırılmış avrokubok matçları bərpa olunur
Bütün xəbərlər