“Azərxalça”nın Ağdam filialında “Qarabağ da, Qarabağ xalçası da Azərbaycanındır” mövzusunda tədbir keçirilib (FOTO)

“Azərxalça”nın Ağdam filialında “Qarabağ da, Qarabağ xalçası da Azərbaycanındır” mövzusunda tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Prezident İlham Əliyevin Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı son vaxtlar Ermənistan rəhbərliyinin səsləndirdiyi sərsəm və cəfəng fikirlərə ciddi cavab idi. Bununla Ermənistan cəmiyyətinə mesaj verildi ki, işğalçı ölkə öz xülyasından əl çəkməlidir. Erməni vandalarının əksəriyyətini dağıtdığı abidələr, qədim yazılı mənbələr və digər təkzibolunmaz faktlar sübut edir ki, Qarabağ tarixi Azərbaycan torpağıdır. Əsrlərdir ki, burada toxunan xalçalar, bu xalçalarda öz əksini tapan naxışlar da göstərir ki, Qarabağ Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biridir.

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən Trend-də verilən məlumatına görə, bu fikirlər Cəmiyyətin Ağdam filialında keçirilən tədbirdə səsləndirilib.

Səhmdar Cəmiyyətin İdarə Heyətinin sədri Vidadi Muradov çıxış edərək Qarabağ xalçaçılığının tarixindən, Qarabağ xalçalarının yaşadılması və təbliği üçün dövlətimizin həyata keçirdiyi tədbirlərdən danışıb. Qeyd olunub ki, Qarabağda mövcud olan çoxsaylı sənət sahələri içərisində aparıcı yeri xalçaçılıq tutub. Burada toxunan hər bir xalça qarabağlı sənətkarların zəngin təxəyyülünün və istedadının bariz nümunəsidir. Azərbaycan xalçalarının Qarabağ qrupuna aid çoxsaylı orijinal xalça çeşnisində əsrlər boyu formalaşmış ənənələr öz əksini tapıb.

Azərbaycanın digər xalça qruplarında olduğu kimi, Qarabağ xalçalarında da qədim türk damğaları vardır. Elə bir Qarabağ xalçası yoxdur ki, onda türk damğası olmasın.

Bildirilib ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı torpaqlarımızın 20 faizi işğal edilib, qədim abidələrimiz dağıdılıb, xalqımıza məxsus milli sərvətlər qarət edilib. Talan edilmiş milli sərvətlərimiz sırasında olan xalçalarımız saxtalaşdırılaraq düşmən ölkənin sənət abidəsi kimi dünya ictimaiyyətinə təqdim olunub. Azərbaycan dövlətinin xalçaçılıqla bağlı son illər həyata keçirdiyi tədbirlər ermənilərin bu saxtakarlığının da qarşısını alıb. İndi bütün dünya bilir ki, Qarabağ Azərbaycan torpağı olduğu kimi, burada toxunan xalçalar da xalqımıza məxsus qədim sənət nümunələridir.

Vidadi Muradov deyib ki, “Azərxalça”nın ilk filialının məhz Qarabağda – Füzuli rayonunun Horadiz şəhərində yaradılması heç də təsadüfi hal deyil. Bu, dövlətimizin xalçaçılığa həm də güclü ideoloji faktor kimi münasibətinin nəticəsidir. Füzuli filialından sonra Səhmdar Cəmiyyətin Qarabağda daha 3 xalça emalatxanası – Ağdam, Tərtər və Cəbrayıl filialları fəaliyyətə başlayıb. “Azərxalça”nın Füzuli və Ağdam filiallarının açılış mərasimində Azərbaycan Prezidenti cənab İlham Əliyev, Ağdamdakı emalatxananın açılışında Birinci vitse-prezident Mehriban xanım Əliyeva da iştirak edib. Bu filiallarda çalışan 250-yə yaxın toxucu qədim Qarabağ xalçalarına yeni həyat verir.

Vurğulanıb ki, Prezident İlham Əliyev beynəlxalq tədbirdə “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatını səsləndirməklə bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırıb ki, Azərbaycanın ərazi bütövlüyü müzakirə mövzusu deyil. Bu, Azərbayacanın qüdrətli dövlət olmasının, ölkə başçısının qətiyyətinin beynəlxalq platformada növbəti təsdiqi idi.
Vidadi Muradov bildirib ki, “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı Qarabağın tarixini, maddi-mənəvi mədəniyyətini, etnoqrafiyasını, həmçinin Qarabağ xalçaçılığını da əhatə edir.

Tədbirdə təcrübəli toxucu, vaxtilə Ağdam şəhərində fəaliyyət göstərən xalça fabrikində çalışan Gülrabə Hüseynova onlara yaradılan şəraitə görə dövlət başçısına minnətdarlığını ifadə edərək bildirib ki, Azərbaycan Prezidentinin son vaxtlar beynəlxalq tədbirlərdə səsləndirdiyi bəyanatlar torpaqlarımızın tezliklə işğaldan azad ediləcəyinə inamımızı daha da artırıb. Doğrudur, dövlətimiz məcburi köçkünlərin yaxşı yaşaması üçün hər şey edib. Bizim üçün Quzanlı qəsəbəsində belə müasir xalça fabriki yaradılıb. Ancaq bizim ən böyük arzumuz öz doğma torpaqlarımıza qayıtmaqdır. Əminik ki, Prezidentimizin həyata keçirdiyi daxili və xarici siyasət nəticəsində torpaqlarımız tezliklə işğaldan azad olunacaq. Biz yenidən Şuşada, Ağdamda, Xocalıda xalça sexləri açacaq, bu müəssisəni Quzanlı sakinlərinə verərək, gedib Ağdamda işləyəcəyik.

Sonda istehsalatla bağlı məsələlər müzakirə olunub, qarşıda duran vəzifələrdən danışılıb, keyfiyyətli xalça istehsalının əhəmiyyəti vurğulanıb.

Ulduzlaşma zamanı fəaliyyətində çatışmazlıq aşkarlanan hotellərə 36 ay vaxt veriləcək
Ulduzlaşma zamanı fəaliyyətində çatışmazlıq aşkarlanan hotellərə 36 ay vaxt veriləcək
Agentlik: Koronavirusun Azərbaycan turizminə mənfi təsiri olacaq
Agentlik: Koronavirusun Azərbaycan turizminə mənfi təsiri olacaq
Hotellərə ulduzların verilməsinə maydan başlanacaq
Hotellərə ulduzların verilməsinə maydan başlanacaq
Loading Bars
Xəbər lenti
Qərargah: İranla sərhəddə səyyar hospitallar yaradılır
5-ci nəsil döyüş təyyarələri Azərbaycan HHQ-nin Ermənistan üzərində üstünlüyünü artıracaq
Arktikada ağ ayılar sayılacaq
Türkiyədən Azərbaycana hazır geyim ixracı artıb
Azərbaycanda bir il ərzində müsadirə edilmiş narkotik maddələrin həcmi açıqlanıb
"TRT Avaz"ın Beynəlxalq Muğam Mərkəzindən canlı efiri (VİDEO)
Sumqayıt Teatrı Xocalı soyqırımına həsr olunmuş “Vicdanın hökmü” tamaşasını nümayiş etdirdi (FOTO)
Azərbaycanda istehsal edilən sənaye məhsullarının həcmi açıqlanıb
Azərbaycanla Britaniya arasında yaradıcı sənayelər sahəsində əməkdaşlıq müzakirə edilib
Vüsal Qasımlı: Azərbaycanda maliyyə texnologiyalarının – finteklərin tətbiqi imkanları genişdir
YARAT Müasir İncəsənət Mərkəzində ictimai müzakirə təşkil edilib (FOTO)
AQTA-nın laboratoriyaları koronavirusla bağlı xüsusi hazırlıq vəziyyətinə gətirilib (FOTO)
Gənc Tamaşaçılar Teatrında Xocalı faciəsi yad edildi (FOTO)
Azərbaycanda koronavirusa görə qərargah yaradıldı
Rusiya səfirliyinin nümayəndələri Mətbuat Şurasında olublar (FOTO)
İranda koronavirusa görə universitetlәrdә dәrslәr dayandırıldı
Dövlət Turizm Agentliyi koronavirusa görə vətəndaşlara və turoperatorlara müraciət edib
Azərbaycanda ÜDM 2,4 faiz artıb
Avstraliya çimərliyində qeyri-adi məxluq aşkar edildi
Rusiya nümayəndə heyəti ADU-nun qonağı olub (FOTO)
Azərbaycanda ad gününü fevralın 29-da qeyd edənlər - STATİSTİKA
Bakıda işıqforların fəaliyyəti bərpa olunub
Baş infeksionist: Koronavirus qripin bir növüdür, insanların hesab etdiyi kimi təhlükəli xəstəlik deyil
UNEC-də konfrans: Universitetlərdə akademik tədqiqatların kommersiyalaşması: Beynəlxalq reallıqlar və yeni çağırışlar (FOTO)
Prokurorluq orqanları beynəlxalq tərəfdaşları ilə əməkdaşlığını uğurla davam etdirir (FOTO)
Azərbaycanda qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
Aydın Mirzəzadə: Azərbaycan və Türkiyə eyni ab-hava ilə nəfəs alırlar
Ombudsman Aparatının əməkdaşların USAID və Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələri ilə görüşüb
Yardımlıda ata və oğulun öldürülməsi ilə bağlı saxlanılan var (ƏLAVƏ OLUNUB)
Rumıniyanın "Cənub Qaz Dəhlizi"nə qoşulma imkanları müzakirə edilib (FOTO)
Azərbaycan və Türkiyə ticarət dövriyyəsini 15 milyard dollaradək artırmağa qadirdir
İranın vitse-prezidenti koronavirusa yoluxdu
İran və Rusiya gömrük əməkdaşlıqları konfransı ləğv edildi
Konstitusiya Məhkəməsi seçki protokolları ilə bağlı məlumat yayıb
"Azərenerji" Bakıda işıqların sönməsinin səbəblərini açıqladı
Çili ilə əməkdaşlıq müzakirə olunub
İlahiyyat İnstitutunda “Bioetika və din” mövzusunda seminar keçirilib (FOTO)
TƏBİB Astarada koronavirusla bağlı yayılan videoya münasibət bildirdi
Metroda qatarların fəaliyyəti bərpa edildi
Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsi Naxçıvanın ixrac imkanlarını artıracaq
DSX rəisi istefaya buraxılan generallarla görüşüb (FOTO)
Fevralın 28-nə manatın məzənnəsi
Valideynsiz uşaqların övladlığa götürülməsi qaydası təsdiqləndi
Metrodakı sərnişin sıxlığına görə əlavə avtobuslar cəlb edilir - BNA
Bakı metrosunda 3 stansiyanın fəaliyyəti dayanıb, sərnişinlər təxliyə olunur (ƏLAVƏ OLUNUB)
Ombudsman 2019-cu il üzrə məruzəsini təqdim edib
Səhiyyə Nazirliyi: Gürcüstanda koronavirus şübhəsi ilə müalicə olunanlar arasında Azərbaycan vətəndaşları yoxdur
Azərbaycan və Türkiyə arasında qarşılıqlı əməkdaşlıq əlaqələrimizin yeni mərhələyə qədəm qoymasına təkan verəcək - Sona Əliyeva
Ekologiya və Təbii Sərvətlər naziri Kağızın təkrar emalı fabrikində olub (FOTO)
Ödənişli ictimai işlərə nəzarət gücləndirilir
Şura hesabat konfransı keçirdi və 2020-ci ilin prioritetlərini açıqladı (FOTO)
Bakıda elektrik enerjisinin verilişi dayandı
Vüqar Rəhimzadə: Azərbaycan ilə Türkiyə arasında strateji tərəfdaşlıq və qardaşlıq münasibətləri yüksələn xətlə inkişaf edir
"Azərişıq" sayğaclara müdaxilə halları aşkarladı
Prezident İlham Əliyev Artur Rasi-zadəyə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenini təqdim edib (FOTO) (YENİLƏNİB)
Türkiyədə sərnişin gəmisi saya oturdu
Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndə heyəti Energetika Nazirliyində olub (FOTO)
Xəzərdə zəlzələ olub
Taksi sürücüsü və aptekdə satıcıya qarşı soyğunçuluq edən şəxslər saxlanılıb
Müdafiə naziri Anjey Kaspşiklə görüşüb
İçərişəhərin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 20 illiyi qeyd olunacaq
DSX-nin 3 generalı istefaya buraxılıb - SƏRƏNCAM
Azərbaycanda müqavilə əsaslı təsərrüfatçılıq formalaşdırılır (FOTO)
Külli miqdarda aksiz markası olmayan siqaretlər aşkarlanıb (VİDEO)
Martın 1-də 40 minə yaxın şagird buraxılış imtahanı verəcək
DSX-nin bir sıra hərbi qulluqçuları 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib
Sumqayıtda yataqxanada baş verən yanğın söndürülüb
Baş prokurorun müavini Neftçalada sakinləri qəbul edəcək
Bolqarıstanlı ekspert: Ovçular ova qənimət kimi deyil, istirahət kimi baxmalıdırlar
Azərbaycanda yaradıcı və mədəniyyət sənayeləri sahəsində assosiasiya yaradıla bilər
İndoneziya Parlamentində Xocalı Soyqırımını qınayan bəyanat imzalanıb
İranda yeni koronavirus nəticəsində ölənlərin sayı 26-ya yüksəlib
“Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı” təsdiqləndi
Bərham Saleh Prezident İlham Əliyevi təbrik edib
Müəllimlərin işə qəbulu üçün müsabiqəyə start verilir
Energetika naziri ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri ilə görüşüb (FOTO)
Azərbaycanda yaradıcılıq və mədəniyyət sahələrində geniş sahibkarlıq potensialı var
Azərbaycandan keçməklə İrandan Gürcüstana qayıdan vətəndaşın görüntüləri yayıldı (VİDEO)
Bakıda ağır yol qəzası: 3 nəfər öldü, 1 nəfər yaralandı
Azərbaycanda ov mövsümü başa çatır
Türk Hava Yolları Naxçıvana uçuşları müvəqqəti dayandırıb (ƏLAVƏ OLUNUB)
Azərbaycanda 186 nəfər koronavirus şübhəsi ilə həkim müşahidəsinə alınıb
FHN rəsmisi: Bəzən yanğınsöndürən maşınlar binalara yaxınlaşa bilmir
Azərbaycanda 18 əcnəbi ov qaydalarını pozub
FHN Azərbaycanda yanğınların ən çox baş verdiyi yerləri açıqladı
Naqif Həmzəyev Türkiyədə Xocalı soyqırımından danışıb (FOTO)
İlahiyyat İnstitutunun tələbələri Azərbaycan Milli Kitabxanasını ziyarət ediblər (FOTO)
Bakıda İƏT-in Gənclər və İdman nazirlərinin daimi Şurasının iclası keçirilib
Qaxda "VAZ" 69 yaşlı kişinin həyatına son qoydu
Hotellərə verilən ulduzlar 3 il qüvvədə olacaq
İnnovasiyalar Agentliyi, Ekvita, “Agribioekotex MMC”, “Trendtech MMC” və “Fructus MMC” arasında əməkdaşlıq haqqında razılaşma (FOTO)
Ağacların kəsilməsi ilə bağlı şikayət yerində araşdırılıb
AQTA-dan koronavirusla bağlı zəruri tövsiyələr
Polisə silahlı müqavimət göstərən Bakı sakini Mingəçevirdə güllələndi
İran parlamentinin komitə sədri koronavirusa yoluxdu
Sabah 19 dərəcə isti olacaq
Bakıda 15-ə yaxın çadır quraşdırıldı - Novruzla əlaqədar
Hospitalımızın həkim-anestezioloq-reanimatoloqu Xəyal Məmmədov Almaniyada təkmilləşdirmə kursunda iştirak edib
Bakıda “İslam ölkələri könüllülərinin beynəlxalq forumu” keçirilib (FOTO)
Bu il metroda 10 yeni güclü ventilyator alınaraq quraşdırılacaq (FOTO)
Bütün xəbərlər